Metropolitendə 80 nəfərə iş verildi
Tarix: 12.05.2016 | Saat: 15:52:00 | E-mail | Çapa göndər


Fevralın 25-də hərəkət xidmətində qatarların qəbulu və yola salınması üzrə növbətçi peşəsinə işə qəbulla bağlı elan olunmuş kurslar yekunlaşıb. Metropolitenin təlim-tədris mərkəzində təşkil olunan 1 aylıq ödənişsiz kurslara martın 14-dən start verilmişdi. Təxminən 1800 müraciətdən ilkin müsahibəyə dəvət edilən 500 nəfər arasından metropolitenin peşəkar mütəxəssislərindən ibarət kadr komissiyası seçim edərək 77 nəfəri kurslara dəvət edib. 
Kursun nəticəsi aprelin 14-ü yekun imtahandan sonra bəlli olub. Belə ki, imtahanda 62 nəfər məqbul, 15 nəfər qeyri-məqbul nəticə göstərib. İmtahan nəticələri məqbul olan 60 nəfərlə qanunvericiliyin tələblərinə uyğun əmək müqaviləsi bağlanaraq hərəkət xidmətində işlə təmin olunub. 2 nəfər isə onlara təklif olunan işdən imtina edib. 
Məlumat üçün bildirək ki, əvvəllər hərəkət xidmətində qatarların qəbulu və yola salınması üzrə növbətçi peşəsinə işə qəbul olunmaq üçün müraciət edənlər 3 ay sınaq müddətinə işə götürülürdü. Bu müddət ərzində metropoliten üzrə təlimatları mənimsəyən, müəyyən təcrübə toplayanların peşə bacarıqlarının qənaətbəxş olub-olmaması imtahandan sonra bəlli olurdu. Bu isə həm zaman itkisinə, həm də peşəkar kadr çatışmazlığına səbəb olurdu. Əvvəllər əksəriyyəti xanımlardan ibarət olan bu sahəyə hazırda oğlanların da marağı artıb. 
“Bakı Metropoliteni” QSC-nin işarəvermə və rabitə xidmətində də vakant vəzifələrə işə qəbul prosesi yekunlaşıb. Seçimlər metropolitenin rəsmi internet səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə anket forması ilə müraciət edənlər arasında aparılıb. Müsahibəyə 70 nəfər dəvət olunub. 23 nəfər nəzərdə tutulan tələblərə uyğun olduğundan, martın 14-dən təlim-tədris mərkəzində 1 aylıq ödənişsiz kurslara qatılıb. Aprelin 5-i yekun imtahanda kursu bitirən 23 nəfərdən 21-i iştirak edib. Onlardan 18-nin nəticələri məqbul, 3-nün nəticələri isə qeyri-məqbul qiymətləndirilib. İmtahan nəticələri uğurlu olan 16 nəfərlə qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqaviləsi bağlanıb. Sağlamlığı vakant vəzifəyə uyğun olmadığı üçün 2 nəfər isə təklif olunan işdən imtina edib. 
Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-nin vakant vəzifələr üzrə işə qəbul prosesi davamlı olacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqəsi MDB-də ən yaxşı YDM seçilib
26.09.2018
“Karyerada ilk addım”: 254 vakant iş yeri təqdim edilib
26.09.2018
“Gazprom Neft”in nümayəndələri SOCAR-ın təlim mərkəzləri ilə tanış olub
26.09.2018
Ölkəyə daxil olan nəqliyyat vasitələrinin ölkədəqalma müddətinin ləğvi nəzərdə tutulub
26.09.2018
Bu il Türkiyə Azərbaycandan 3,8 milyard kubmetrədək təbii qaz idxal edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info