Avropa İttifaqı Türkiyə ilə vizasız rejimi rəsmiləşdirir
Tarix: 12.05.2016 | Saat: 16:16:00 | E-mail | Çapa göndər


Ekspertlər Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasında vizasız rejimin qanunləşdirilməsi ilə bağlı iş aparırlar. “RİA Novosti”nin verdiyi xəbərə görə bu barədə Aİ-dəki mənbə bildirib. Mənbə qeyd edib ki, ötən gün Avropa Komissiyasının təklifi ilə lazımı rəsmiləşdirilmə işlərinin aparılmasına başlanılıb.Qeyd edək ki, dünən Avropa Parlamentinin sədri Martin Şults deyib ki, Türkiyə ilə Aİ arasında vizasız rejimin tətbiqinə dair aparılan müzakirələr Türkiyənin qarşısında qoyulmuş 72 şərtin tam yerinə yetirilməsindən sonra bərpa olunacaq. Avropa Paplamentinin deputatı Yudit Sippel isə bildirib ki, Parlamentdə Türkiyə ilə vizasız rejimin tətbiqinə dair aparılan müzakirələr dayandırılıb.Aİ ilə Turkiyə arasında vizasız rejimin tətbiqi Ankara ilə Brüssel arasında imzalanmış qaçqınlara dair sazişin bir bəndidir. Bu sazişə əsasən, Aİ Türkiyə qarşısında 72 şərt irəli sürüb.Keçən həftə Avropa Komissiyası Türkiyənin iyun ayının axırınadək son 5 şərtin tətbiqini yerinə yetirməsi şərti ilə viza rejiminin ləğvini təklif edib.Avropa Komissiyasının bu mövqeyini Türkiyə Prezidenti Rəcəb Tayyıb Ərdoğan kəskin pisləyərək bildirib ki, Ankara terrorizmlə mübarizəyə dair qanunvericiliyini dəyişdirə bilməz.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info