Fransalı deputat: “Fransa yerli icmalarının Şuşa ilə əlaqələrinin qurulması qanuna ziddir”
Tarix: 12.05.2016 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


Fransa yerli icmalarının işğal olunmuş Şuşa şəhəri ilə əlaqələrinin qurulması qanuna ziddir.Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Dostları Assosiasiyasının sədri, fransalı deputat Jan-Fransua Manselin öz ölkəsində yerli icmaların beynəlxalq fəaliyyəti ilə bağlı Fransa daxili işlər nazirinə ünvanladığı sorğuda bildirilir.Qeyd olunur ki, 15 dekabr 2015-ci ildə Jan-Fransua Mansel Fransa daxili işlər nazirinə yerli icmaların beynəlxalq münasibətlər zamanı əməl etməli olduqları qaydalar və qanuni şərtlərlə bağlı sorğu ünvanlamışdı. O, həmin dövrdə 3 yerli icmanın Azərbaycan ərazisi olan və Ermənistanın işğal etdiyi, nə Fransa, nə də ki, BMT tərəfindən tanınan "Dağlıq Qarabağ höküməti" ilə tərəfdaşlıq münasibətləri qurduğunu bildirərək, bunun Fransa qanunlarına zidd olduğunu xatırlatmışdı.Manselin sorğusuna cavab olaraq, daxili işlər naziri bildirib ki, bütün yerli idarəçilik qurumlarına göndərilmiş daxili məktubda xatırladılır ki, yerli icmaların mərkəzdən idarə olunmayan hər bir müstəqil fəaliyyəti zamanı Fransanın beynəlxalq öhdəlikləri nəzərə alınmalıdır, qanunla nəzərdə tutulmamış şərtlər çərçivəsində hansısa bir xarici dövlətlə və yaxud Fransa dövlətinin tanımadığı hansısa bir qurumla saziş bağlanmamalıdır. Yerli icmalar öz xarici əməkdaşlıqları ilə bağlı məlumatları Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi yanında yaradılmış Mərkəzdən idarə olunmayan Əməkdaşlıq üzrə Dövlət Komissiyasına göndərməlidirlər. Bu daxili məktub eyni zamanda hər bir prefektdən bu informasiyaları öz departamentinin yerli icmalarına çatdırmağı tələb edir.
Amma mövcud qanunu bir daha yerli idarəçilik qurumlarına xatırladan məktubu nəzərə almayan Burq-le-Valans (Drom) icması Dağlıq Qarabağın Şuşa şəhəri ilə əlaqələr qurduğunu bəyan edib.Daxili işlər nazirinə müraciət edən Jan Fransua Mansel bu dəfəki sorğusunda bildirir ki, bu gün Dağlıq Qarabağda durumun getdikcə gərginləşdiyi və Fransanın Minsk Qrupunun həmsədri kimi qərəzsiz şəkildə ədalətli və möhkəm sülhə nail olunması üçün təşəbbüşlər göstərməli olduğu bir zamanda bu fakt xüsusilə təəssüf doğurur və ciddi şəkildə pislənməlidir. Jan Fransua Mansel öz sorğusunda, daxili işlər nazirinin bu qanuna əməl olunmasını təmin etmək üçün hansı tədbirləri görəcəyi haqda açıqlama verməsini tələb edib.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info