“Transxəzər qaz kəmərlərinin tikintisi üzrə birtərəfli fəaliyyət yolverilməzdir“
Tarix: 12.05.2016 | Saat: 16:21:00 | E-mail | Çapa göndər


“Transxəzər qaz kəmərinin tikintisi üzrə birtərəfli fəaliyyət yolverilməzdir”. 
Bunu Rusiya prezidentinin MDB ölkələri ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir İqor Bratçikov “Caspian Energy” jurnalına müsahibəsində deyib. 
İ. Bratçikov bildirib ki, məlum məsələ üzrə Rusiyanın mövqeyi ardıcıl və çox açıqdır: “Bütün mənalarda nadir su hövzəsi olan Xəzərdə magistral qaz kəmərinin tikintisinə hər şeydən əvvəl ekoloji prizmadan və yalnız bundan sonra iqtisadi baxımdan yanaşmaq lazımdır. Bu cür layihələrin iqtisadi tərəfi, effektivliyi və səmərəliliyi barədə qoy bu layihəyə sərmayə qoymağı planlaşdıranlar mühakimə yürütsünlər. Məsələnin ekoloji tərəfi isə ilk növbədə istisnasız olaraq bütün Xəzəryanı ölkələrə aiddir. Burada bütün Xəzəryanı dövlətlər səs hüququna malikdir, ona görə ki, Xəzər dənizinin gələcəyi barədə onların hamısı məsuliyyət daşıyır. Transxəzər qaz kəmərlərinin tikintisi üzrə birtərəfli fəaliyyət yolverilməzdir". 
Qeyd edək ki, Transxəzər layihəsi Türkmənistan qazının Xəzər dənizi vasitəsilə Azərbaycana, buradan isə Avropaya nəqlini nəzərdə tutur. Avropa İttifaqı bu layihəni dəstəkləyir. 
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info