“Region gənclərinin inkişafına dəstək” proqramı başlayıb
Tarix: 12.05.2016 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


Gənclər üçün Təhsil Mərkəzi bu günlərdə Gəncə və Mingəçevir şəhərlərində, o cümlədən Quba və Ağcabədi rayonlarında “Region gənclərinin inkişafına dəstək” layihəsinin icrasına başlayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi layihənin əsas məqsədi region gənclərinin hərtərəfli inkişafına, ictimai fəaliyyətlərə cəlb olunmalarına, təşəbbüskarlıqlarının artırılmasına kömək etmək, habelə onların müxtəlif ideyalarının layihə və proqramlar şəklində reallaşdırılmasına dəstək verməkdir.
Layihənin icrası üçün Mərkəzin adları qeyd olunan regionlardakı ofislərində müvafiq yer ayrılmış, zəruri hazırlıq işləri həyata keçirilib. Minlərlə gənci əhatə edəcək layihə çərçivəsində region gəncləri üçün qeyri-formal təhsil təlimləri ilə yanaşı, “davos” formatında toplantılar, “şənbə görüşləri”, müxtəlif sosial tədbirlər, o cümlədən yarış və müsabiqələr təşkil olunacaq. Digər fəaliyyətlərlə yanaşı, region gənclərinin kiçik həcmli təşəbbüslərini dəstəkləmək və maraqlı ideyalarının üzə çıxarılması məqsədi ilə ideya yarmarkaları da təşkil olunacaq. İştirakçı gənclər təqdimatlar şəklində öz ideyalarını dövlət qurumları, bələdiyyə, QHT və KİV-lərin, habelə ictimaiyyət nümayəndələrinin qarşısında təqdim edəcəklər. Ən çox səs toplayan ideyalar Mərkəz tərəfindən mükafatlandırılacaq və onların icrasına şərait yaradılacaq.
Layihənin səmərəliliyini artırmaq, o cümlədən layihə icraçılarına könüllü dəstək vermək üçün hər bir regionda Gənclərin İnkişaf Klubları yaradılacaq. Burada gənclərin iştirakı ilə struktur formalaşacaq, iş prinsipi müəyyən ediləcək. Klublar layihənin davamlılığının təmin edilməsi üçün zəruri işləri həyata keçirəcək.
Qeyd edək ki, hədəf ərazilərindən biri 2016-cı il il “Avropa Gənclər Paytaxtı” seçilmiş Gəncə şəhəri olduğuna görə, layihə çərçivəsində burada digər irimiqyaslı tədbirlərin təşkili də nəzərdə tutulur.


Qorqud




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info