ADNSU-da “Mənim sevimli mühazirəm” layihəsi keçirilir
Tarix: 12.05.2016 | Saat: 17:18:00 | E-mail | Çapa göndər


Aprel ayından başlayaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Mənim sevimli mühazirəm” layihəsi həyata keçirilir. Rektor, professor Mustafa Babanlının təşəbbüsü və dəstəyi ilə gerçəkləşən bu layihəyə əsasən, fakültələr üzrə tələbələrə bir günlük müəllim olmaq şansı yaradılır. Tələbələr öz mühazirələrini keçilən fənnin işçi proqramına uyğun olaraq hazırlayıb təqdim edirlər. “Mənim sevimli mühazirəm” layihəsi tələbə qarşısında yeni bir məsuliyyət yükü qoymaqla yanaşı, dərs prosesində keçilən mövzunun mənimsənilməsini asanlaşdırmaq, gələcəyin ixtisaslı kadrlarının yetişdirilməsində katalizator rolunu oynayır. Tələbənin mühazirəsi kafedra müdirləri, ixtisas müəllimi tərəfindən izlənir. Ən yaxşı mühazirə müəllimlə yanaşı tələbələrin özləri tərəfindən seçilir və rektorun təqdimatına verilir. Qeyd edək ki, bəyənilən mühazirənin mükafatlandırılması nəzərdə tutulur. “Mənim sevimli mühazirəm” layihəsi eyni zamanda tələbələr arasında sağlam rəqabət, daha yaxşı oxumaqla yanaşı, öz biliklərini auditoriyaya düzgün çatdırmaq vərdişləri aşılayır. Kimya texnologiya fakültəsinin Kimya mühəndisliyi ixtisası üzrə Üzvi maddələrin və yüksək malekulların birləşmələrin texnologiyası kafedrasında seçilən 5 mühazirə dinlənilib. 391.3 saylı qrupun tələbəsi Gülnar Mərdanova fənnin proqramına uyğun olraq çıxş edib. O, “Üzvi maddələr sintezinin nəzəri əsasları” fənni üzrə, Katalitik proseslər mövzusunda mühazirə deyib. Mühazirədə fənn müəllimi dosent Tamara Ayralova, dosent Tamilla Naibova iştirak ediblər. Kafedra müdiri, professor Fariz Əmirov da mühazrələri dinləyib. Qeyd edək ki, “Mənim sevimli mühazirəm” layihəsində eyni fənn üzrə tələbələr Əli Qasımov, Mikayıl Ələmdari, Lətafət Quluzadə, Gülnar Mərdanova və Xanımana Əliyeva mühazirə deyiblər. T.Ayralova bütün mühazirələrin ayrı-ayrılıqda maraqlı olduğunu, Əli Qasımovun mühazirəsinin isə tələbə və müəllimlər tərəfindən seçilərək rektorun təqdimatına verildiyini vurğulayıb. "Mənim sevimli muhazirəm" layihəsi Neft-mexanika fakültəsində də uğurla davam edir. Belə ki, Konstruksiya materiallarinin texnologiyasi fənnindən 425.4 qrup tələbəsi Cəlil Əliyevin mühazirəsi dinlənilib. Mühazirədə dekan Əlihikmət Əhmədov, dosent Ədilə Rəhimova, Maşınqayirma və Materialşünaslıq kafedrasının müdiri Tahir Cabbarov iştirak ediblər.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info