“Xəzərdə sərhədyanı yataqlar qonşu ölkələr arasındakı razılıq əsasında işlənməlidir”
Tarix: 12.05.2016 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


"IV Xəzər sammitindən sonra Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın bir çox maddəsi və paraqrafları razılaşdırılıb".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidentinin MDB ölkələri ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir İqor Bratçikov "Caspian Energy" jurnalına müsahibəsində deyib. 
Onun sözlərinə görə, Xəzər akvatoriyasının delimitasiyasından tutmuş elmi tədqiqatların keçirilməsinə qədər olan məsələlər razılaşdırılıb: "Birgə səylərlə Xəzərdə qarşılıqlı fəaliyyət üzrə sənədin mətninin böyük hissəsi hazırlanıb". Tərəflərin açıq qalan bir neçə məsələni həll etmək üzrə olduğunu deyən İ. Bratçikov bildirib ki, bu məsələlər xüsusi işçi qrupun növbəti iclasında müzakirəyə çıxarılacaq. 
Növbəti sammitin Astanada keçirilməsi barədə razılığın olduğunu deyən Rusiya prezidentinin xüsusi nümayəndəsi qeyd edib ki, "Xəzər beşliyi" üzvlərinin əsas məqsədi sammitə Konvensiya üzrə hazır sənədlə çıxmaqdır. Onun sözlərinə görə, hazırda bu, başlıca prioritetdir. "Sammitin keçiriləcəyi vaxt barədə isə yəqin ki, bu ilin yayında Qazaxıstanda baş tutacaq Xəzəryanı ölkələrin XİN başçılarının görüşündən sonra danışmaq mümkün olacaq". 
Xəzərin hüquqi statusu ilə bağlı Xüsusi İşçi Qrupun Bakıda keçirilən iclasının nəticələri barədə danışan rusiyalı səfir bildirib ki, XİN başçılarının müavinləri səviyyəsində keçirilən danışıqlarda Konvensiya layihəsi üzrə bir sıra vacib maddələr razılaşdırılıb. Bura Xəzər dənizinin suverenliyi, suveren hüquqları və yurisdiksiyasının həyata keçirilməsi daxildir. O həmçinin Azərbaycan tərəfinə bu görüşü möhtəşəm təşkil etdiyinə görə təşəkkür etdiyini bildirib: "Geriyə baxanda anlayırsan ki, Xəzər dənizinin hüquqi statusuna dair beş ölkənin geniş məsələlərdə mövqelərinin yaxınlaşdırılması üçün çox şey edilib. Son 1,5 ildə danışıqlar prosesində əldə olunan inkişaf yaxın gələcəkdə Konvensiyanın mətninin hazırlanması üçün real perspektivlər açır".  
Xəzərin dibinin bölünməsi məsələsi üzrə Rusiyanın prinsipial mövqeyindən danışan İ. Bratçikov qeyd edib ki, Həştərxan sammitində dövlət başçılarının imzaladığı bəyanatda Xəzər dənizinin dibinin bölünməsinin tərəflərin razılığı ilə müvafiq prinsiplər və beynəlxalq hüquq normaları əsasında aparılmalı olduğu vurğulanıb: "İşin yarısı artıq görülüb. Xəzərin şimalında sərvətlərdən istifadə zonası üzrə Azərbaycan, Qazaxıstan və Rusiya arasında bölünmə həyata keçirilib. Eləcə də Qazaxıstanla Türkmənistan arasında dəniz dibinin sərhədi müəyyən olunub".
 
Sərhədyanı zonada yerləşən yataqların istismarına gəldikdə isə rusiyalı səfir belə yataqların qonşu ölkələr arasında əldə olunan razılıq əsasında işlənməsinin vacibliyini önə çəkib. O qeyd edib ki, bu sahədə qarşılıqlı fəaliyyətə ən yaxşı nümunə Rusiya ilə Qazaxıstan arasındakı əməkdaşlıqdır. 
İ. Bratçikov Çərçivə konvensiyası üzrə daimi Katibliyin Bakıda açılması məsələsinə də münasibət bildirib. Tezliklə bu strukturun ofisinin Azərbaycan paytaxtında açılmasının tərəfdarı olduqlarını deyən səfir Katibliyin fəaliyyətinin Xəzərin hüquqi statusu üzrə beştərəfli sənədin hazırlanması prosesinə əlavə impuls verəcəyinə ümidvar olduğunu qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info