Ziyouz.uz: “Şuşadakı əksər memarlıq abidələri təhlükə altındadır”
Tarix: 12.05.2016 | Saat: 17:59:00 | E-mail | Çapa göndər


Özbəkistanın Ziyouz.uz portalında “Azərbaycanın tarixi şəhəri olan Şuşadakı əksər memarlıq abidələri təhlükə altındadır” adlı məqalə yayılıb.Müəllif Sobircan Yoqubov yazır ki, ABŞ-ın Montana Universitetinin professoru Tomas Qolts bu barədə Azərbaycanın Trend Agentliyinə bildirib.O qeyd edib ki, Qarabağ Dövlət Tarix Muzeyi, Şuşa Dövlət Dram Teatrı, Gövhərağa məscidi və digər abidələr məhv olmaq təhlükəsi qarşısındadır.Məqalədə qeyd edilir ki, Qarabağ xanlığının paytaxtı olmuş, mədəni abidələrlə zəngin, Azərbaycan muğam sənətinin beşiyi olan Şuşa şəhəri Ermənistan qoşunları tərəfindən 1992-ci il mayın 8-də işğal olunub.Şəhərdə etnik təmizləmə aparılıb, 23 min şuşalı qaçqın vəziyyətinə düşüb, 279 mədəniyyət abidəsi, dini abidələr, muzeylər, kitabxanalar və digər infrastrukturlar məhv edilib.Məqalədə Dağlıq Qarabağın və Şuşa şəhərinin tarixi haqqında məlumat verilir. Qeyd edilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqədar uzun illərdir ATƏT-in Minsk qrupu fəaliyyət göstərir və bu illər ərzində heç bir konkret iş görülməyib.BMT Təhlükəsizlik Şurası ermənilərin işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul edib, bu sənədlər də indiyədək yerinə yetirilmir.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info