“Ermənilər işğal olunmuş əraziləri geri qaytarmalıdır“
Tarix: 12.05.2016 | Saat: 18:01:00 | E-mail | Çapa göndər


“Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində dəyişikliyin vaxtıdır”.Bu sözləri APA-ya açıqlamasında tanınmış amerikalı politoloq, Qlobal Təhlükəsizlik Analizi İnstitutunun Energetika, təbii resurslar və geosiyasət mərkəzinin direktoru Ariel Koen deyib. O bildirib ki, Minsk prosesi hələ ki heç bir nəticə vermir: “Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artması və müharibə təhlükəsinin yeni səviyyəyə çatması heç də təəccüblü deyil. Rusiya yüz ildən artıqdır ənənəvi olaraq Ermənistanı dəstəkləyir. Türkiyəyə qarşı irsi düşmənçilik geri qayıdıb və bu, Rusiyanı Cənubi Qafqazı militaristləşdirməyə sövq edir. Biz uzun müddət daha çox gərginlik və Azərbaycan və Türkiyəyə qarşı təzyiq müşahidə edəcəyik”. 
A. Koen Ermənistan Qarabağ münaqişəsindən ciddi zərər gördüyünü söyləyib. O qeyd edib ki, Ermənistanın 1 milyondan çox əhalisi ölkəni tərk edib, ölkədə yaşayış səviyyəsi minimuma enib: “Ermənistan vacib investisiya və iqtisadi imkanları əldən buraxıb, öz demokratiyasını təhdid altına salıb. Onun elitası biznesə köklənməyib”. 
Nüfuzlu politoloqun sözlərinə görə, BMT qətnamələrinin də tələb etdiyi kimi, ermənilər sülh prosesi və nizamlanması çərçivəsində Azərbaycanın işğal olunmuş ərazilərini geri qaytarmalı və Cənubi Qafqazda sülh bərqərar olmalıdır. O əlavə edib ki, Ermənistan tərəfindən Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması sülhə aparmayacaq və bu, səhv yoldur. 
Karnegi Beynəlxalq Sülh Fondunun analitiki, Qafqaz üzrə ekspert-yazar Tomas de Vaal isə APA-ya açıqlamasında bildirib ki, Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət son dərəcə dəyişkəndir: “Bu qədər insan itkisinin olduğu və emosiyaların yüksəldiyi bir zamanda tam atəşkəsə qayıtmağı gözləmək çox çətindir. Ərazidə beynəlxalq müşahidə yoxdur və hər iki tərəfdən ağır texnikandan istifadə olunur. Bu, o mənanı verir ki, siyasi proses yenidən işə düşməsə, hər iki tərəfdən gənc insanlar ölməyə davam edəcək”.
 
Tomas de Vaal son bir neçə ay ərzində Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəfindən irəli sürülən və digər həmsədr ölkələr olan Fransa və ABŞ-la razılaşdırılmış “mərhələli” həll planının gündəmə gəldiyini deyib: “Lakin fikrimcə, bunu demək çox vacibdir ki, Rusiya birtərəfli şəkildə münaqişə tərəflərini sülh razılaşmasına məcbur edə bilməz, çünki onların bunu pozmaq üçün çoxlu yolları var. Demək olar ki, münaqişənin həlli üçün bütün ideyalar təklif edilib və biz göydəndüşmə nəyinsə olacağını gözləyə bilmərik”.
Ekspert Ermənistanın Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımasının çox təhlükəli addım ola biləcəyini vurğulayıb: “Bu, Minsk prosesini öldürər. Ümid edirəm ki, bu məsələ real təhlükədən çox, təzyiq göstərmək cəhdidir”. 




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info