NDU-da “İnsan alverinə qarşı mübarizə” mövzusunda dəyirmi masa keçirilib
Tarix: 12.05.2016 | Saat: 18:15:00 | E-mail | Çapa göndər


Müxtəlif fakültə tələbələrinin iştirakı ilə keçirilən tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor Saleh Məhərrəmov giriş nitqi ilə çıxış edərək bildirib ki, tədbirin keçirilməsində məqsəd insan alveri probleminin mahiyyətini, onun yaratdığı fəsadları gənc nəslə çatdırmaq yolu ilə onları bu bəladan çəkindirməkdən ibarətdir.
Qeyd olunub ki, hər bir ölkənin təhlükəsizliyinə ciddi təhdidlər yaradan insan alveri artıq ümumbəşəri problemlərdəndir və Azərbaycan cəmiyyətindən də yan keçməyib.
Sonra Hüquq fənləri kafedrasının baş müəllimi, hüquqşünas Şamxal Hüseynov, həmin kafedranın müdiri, dosent Şükür Məmmədov və universitetin tərbiyə işlər üzrə prorektoru, dosent Şamxal Məmmədov insan alveri anlayışı, növləri və onlarla mübarizə formaları haqqında ətraflı məlumat veriblər.
Vurğulanıb ki, insan alverinə qarşı mübarizədə mütərəqqi və məqsədyönlü siyasət reallaşdırılan Azərbaycanda “Azərbaycan Respublikasının insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planını (2014-2018-ci illər)” rəhbər tutaraq qanunvericiliyin təkmilləşdirilməsi, profilaktik işin gücləndirilməsi, cinayət təqibinin həyata keçirilməsi, qurbanların reabilitasiyası, inteqrasiyası, müdafiəsi, fəaliyyətin əlaqələndirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və maarifləndirmə işinin təşkili ilə əlaqədar zəruri tədbirlər görülməkdədir.
Sonda tələbələrin mövzu ilə bağlı yaranan sualları cavablandırılıb, fikirləri dinlənilib.
Tədbirə rektor, AMEA-nın müxbir üzvü, professor Saleh Məhərrəmov yekun vurub.
Nərmin Cabbarova
NDU-nun
Mətbuat şöbəsinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info