Erməni tədqiqatçı: “Erməni miyyətçiləri tərəfindən uydurulmuş tarixə görə insanlar həlak olur”
Tarix: 12.05.2016 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


Ukraynada yaşayan əslən Qarabağdan olan Bakı ermənisi, tədqiqatçı Artur Ağacanov beynəlxalq aləmə müraciət edib. O, müraciətində bildirib ki, əsrlər boyu Qarabağ torpağı müxtəlif müharibə və qarşıdurmaların meydanı olub: “Bu proseslərin nəticəsi olaraq onun qədim tarixi, kilsələri, memarlıq abidələri və qədim Qafqaz Albanbiyası ərazisində yaşamış xalqların irsi zərər görüb. Bu qədim dövlətin özünəməxsus mədəniyyəti, tarixi və memarlığı olub. Burada Alban Həvari Kilsəsi olub ki, bu da xristian aləmində ən qədim məbədlərdən biridir. Lakin bütün bu qədim irslər ya məhv edilib, ya da erməni tarixi və mədəniyyəti olaraq yazılıb. 
Məsələ burasındadır ki, qədim insanlar etnik əlamətə görə deyil, dini cəhətdən fərqlənirdilər. 19-cu əsrə qədər dini əlamətinə görə yəhudi, xristian, buddist, atəşpərəst, erməni və başqa cür adlandırılırdılar. Bu adlar altında müxtəlif xalqların nümayəndələri birləşirdi. Bundan sonra xalqlar arasında fərqlər yarandı. Beləliklə, erməni anlayışı dini termindən etnik terminə keçdi və bu ad altında qıpçaq, kürd, tatar, udin və Qafqazda yaşayan xristian olan digər xalqlar “erməni” adlandırılmağa başladı. Faciə burasındadır ki, “erməni” adlandırılan hər kəs ilk olaraq hay xalqlarının dini mərkəzi olan Eçmiədzin (Üç müəzzin) kilsəsinə tabe idi. Nəticədə bütün erməniləri məcburi olaraq hay xalqına çevirdilər ki, bununla da onlar etnik kimlik, mədəniyyət və tarixlərindən məhrum oldular.  
Artıq iki əsrdir ki, Türkiyə, İran, Yaxın Şərqdən olan erməni köçkünləri (hay xalqının nümayəndələri) qədim Qarabağ torpaqlarını mənimsəyirlər. Bu iki əsr ərzində həmin köçkünlər Eçmiədzin kilsəninin dəstəyilə qədim Alban Həvari Kilsəsini ləğv edə biliblər. Ləğvetmə nəticəsində Qandzasar və Amaras və Qarabağda və bütün Cənubi Qafqazda olan Alban kilsəsinin digər patriarx taxtları, eləcə də çoxsaylı xalqların mədəniyyəti, məbədləri, kitab və irsi erməni kilsəsi olan Eçmiədzinin əlinə keçdi. Bu xalqların bir qismi erməni qriqorianlığını qəbul etsələr də, bunun hay xalqları və Eçmiədzin kilsəsinə ilə heç bir aiddiyyatı yoxdur. Lakin bu xalqlar məcburi olaraq erməniləşdirilib. Qarabağ xristianlığı bioloji cəhətdən Azərbaycan və Qafqaz Albaniyasının müxtəlif xalqlarına yaxındır. Lakin susaraq razılaşma və müxtəlif siyasi ölkələrin köməkliyi ilə iki əsr ərzində müxtəlif xalqların erməni irsi, mədəniyyəti erməni-hay xalqları və erməni kilsəsi olan Eçmiədzin kilsəsinin adına yazılıb. Bütün bu hədsiz ədalətsizlik bir sıra milliyətlərarası münaqişələrin, ən qəddar və qanlısı isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaranmasına səbəb olub. Aydındır ki, Qarabağın taleyi və tarixi ilə bağlı erməni milliyətçi konsepsiyasına qarşı istənilən çıxış və bəyanat həyat üçün çox təhlükəlidir. Son 25-30 il ərzində erməni milliyətçiliyinə qarşı çıxan bir çox erməni siyasətçiləri, ictimai xadimləri və fəalları öldürülüb. Qarabağın Azərbaycanın ayrılmaz hissəsi, qədim Qafqaz Albaniyasının və xristian mədəniyyətinin bir hissəsi mövzusunda çıxış edən istənilən şəxs birbaşa olaraq həyatını təhlükəyə atmaqla qarşılaşır”.
Artur Ağacanov hesab edir ki, həqiqətin söyləməkdən və mübarizə arapmaqda qorxmaq lazım deyil: “Qarabağ məsələsi həll olunmalıdır. Yoxsa bu problem bizim övladlaırmızın öhdəsinə qalacaq və artıq onların qanı axıdılacaq. Erməni miyyətçiləri tərəfindən uydurulmuş tarixə görə insanlar həlak olub və həlak olur. Məhz bu tarixi konsepsiyada bütün qəddarlıq gizlənib ki, bu da xalqlarımızın üstünə çöküb. Biz, bu saxta tarixin ifşa olunması və axıdılan qanları dayandırılması üçün əlimizdən gələn hər bir şeyi etməliyik.
Bizi – Qarabağ ermənilərini haylarla etnik cəhətdən fərqləndiyimizə görə Ermənistanda “ikinci növ” insanlar, kinayəli olaraq “şurtvas” (qulyabanı) adlandırırdılar və bu, hələ də davam edir. Bu da bir daha onu sübut edir ki, haylar özləri bizi etnik, dini və tarixi cəhətdən digər xalq olaraq qəbul edirlər.
Beynəlxalq ictimaiyyəti, beynəlxalq təşkilatları – BMT, YUNESKO və digələrini erməni dinindən olan müxtəlif qədim xalqların irsinin qorunub saxlanılmasında tədbirlər görməyə çağırıram. Biz, öz tərəfimizdən erməni dinindən və xristian aləmininin ən qədim məbədi sayılan Alban Həvari Kilsəsinin qorunması, tədqiqi və bərpası üçün töhfəmizi verməyə hazırıq.
Biz, Azərbaycanda Alban kilsəninin dirçəlişi və məbədlərdə xidmətlərin bərpası ilə bağlı xəbəri böyük sevinclə qəbul etdik. Bu, bizim üçün böyük həvəsdir, eyni zamanda Alban dini irsi ətrafında birləşmək üçün səbəbdir. Bu məqsədlə yaxın zamanlarda təşkilat yaradacağıq ki, burada Qarabağın tarixi və taleyinə biganə qalmayan insanlar qoşula bilər. Bu müraciəti yaymağa köməklik edən hər kəsi çağırıram!”
Qeyd edək ki, Ukraynada yaşayan Qarabağ əsilli Bakı ermənisi, tədqiqatçı Artur Ağacanov uzun illərdir ki, erməni təxribatı və saxta tarixi ilə bağlı mübarizə aparır. A.Ağacanov, eləcə də bir çox Qarabağ xristianları özlərini məcburi olaraq “erməni” hesab edir, belə ki, onların etnik cəhətdən hay xalqları ilə heç bir ortaqlığı yoxdur.
O, erməni kilsəsi olan Eçmiədzin və erməni milliyyətçilərinin Alban kilsəsi və onun xalqlarının zəngin irsini, ermənilərin Qarabağa sonradan gəlmə olduqlarını sübut edən hər bir şeyi məhv etmələrini açıq ifşa etmyə hazıdır. A.Ağacanov Qarabağın Azərbaycan torpağı olduğunu açıq şəkildə bildirir. O, erməni separatçılarını damğalayır və hesab edir ki, Qarabağın gələcəyi yalnız Azərbaycanın tərkibindədir.
A.Ağacanov həmçinin onun bəyanatlarını dəstəkləyən və bu istiqamətdə çıxış edən bir çox Qarabağ ermənilərini öz ətrafında toplamağa da hazırdır. 
Fuad




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info