Beynəlxalq Avtovağzal istiqamətində 3 marşrut xətti istifadəyə veriləcək
Tarix: 12.05.2016 | Saat: 18:54:00 | E-mail | Çapa göndər


Yeni istifadəyə verilən “Avtovağzal” metro stansiyasının açılışı ilə bağlı mayın 12-dən Bakı Nəqliyyat Agentliyi metro stansiyası ətrafındakı sərnişin sıxlığını nəzərə alaraq sərnişinlərin rahat hərəkətini təmin etmək məqsədilə “BakuBus” MMC-nin yeni 13 nömrəli marşrut xəttinin istifadəyə verilməsi və 2, 14 nömrəli marşrut xətlərinin hərəkət trayektoriyasının uzadılması ilə bağlı qərar verib.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib.
İlkin mərhələdə 13 nömrəli marşrut xətti üzrə mayın 12 və 13-də sınaq rejimində 8 ədəd avtobus xidmət göstərəcək. Mayın 15-dən isə marşrut xətləri tam rejimdə fəaliyyət göstərəcək.
2 və 14 nömrəli marşrut xəttinın Cəfər Cabbarlı adına Kinostudiya, Moskva prospekti, Biləcəri dairəsi və Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində hərəkət trayektoriyası uzadılıb.
Bakı Nəqliyyat Agentliyi gələcəkdə də sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə optimallaşdırma işlərini davam etdirəcək.

Fuad




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info