Naxçıvanda beynəlxalq şahmat festivalı başlayıb
Tarix: 12.05.2016 | Saat: 19:06:00 | E-mail | Çapa göndər


“Naxçıvan-2016” Beynəlxalq Şahmat Festivalının ilk iki turu artıq yekunlaşıb və nəticələr məlum olub.AZƏRTAC xəbər verir ki, “A” turnirində 10 ölkənin 48 zəka sahibinin gərgin mübarizəsi elə ilk turdan özünü büruzə verib. Belə ki, yarışın ən yüksək reytinqli şahmatçısı, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov (2748) Naxçıvan şahmatçısı, FİDE ustası Toğrul Həsənzadə (2326) ilə üz-üzə gəlib. Görüşdə üstün olan Şəhriyar Məmmədyarov ilk turu qələbə ilə başa vurub. O, ikinci turda FİDE ustası Nail Bəşirli ilə (2384) qarşılaşmada növbəti xalını əldə edib.Digər azərbaycanlı qrossmeyster, turnirin ötənilki qalibi Eltac Səfərli (2664) də ilk iki turda maksimum nəticə göstərib. O, müvafiq olaraq qrossmeyster Gülnar Məmmədovanı (2319 və FİDE ustası Məhəmməd Muradlını (2352) məğlub edib.Digər maraqlı oyun isə turnirin ən reytinqli 3 şahmatçısından biri olan, rusiyalı qrossmeyster Yevgeni Alekseyevlə (2633) azərbaycanlı qrossmeyster Günay Məmmədzadə (2318) arasında olub. Gərgin keçən oyun heç-heçə nəticələnib. İkinci turda rusiyalı qrossmeyster azərbaycanlı FİDE ustası Aydan Höcətova ilə (2300), qrossmeyster Günay Məmmədzadə isə qrossmeyster Nicat Abasovla (2571) heç-heçə edib.Beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova (2236) ilk turda gürcü rəqibi İrakli Beradze (2424) ilə xalları yarı bölüb, ikinci turda isə belaruslu beynəlxalq qrossmeyster Vadim Malaxatkonu (2501) məğlub etməyi bacarıb.Naxçıvan şahmatçısı FİDE ustası Pərviz Qasımov (2375) ilk görüşündə beynəlxalq usta Nərmin Xəlifovaya (2193) məğlub olub, ikinci görüşündə isə beynəlxalq qrossmeyster Xəyalə Abdulla (2209) ilə xalları yarı bölüb. Ağ-qara taxtada mübarizə aparan digər həmyerlimiz beynəlxalq qrossmeyster Ürfan Sevdimalıyev (2400) türkiyəli FİDE ustası Sevgi Volkanla (2210) heç-heçə etdikdən sonra monqolustanlı beynəlxalq qrossmeyster Enxtuul Altan Ulziyə (2208) uduzub. Toğrul Həsənzadə isə ilk turda məğlub olsa da, ikinci turda Əhməd Əhmədzadəyə (2207) qalib gəlib.İlk iki turdan sonra “A” turnirinə hər birinin hesabında 2 xal olan Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Azər Mirzəyev və Vüqar Əsədli başçılıq edirlər.Əmsalı 2200-dən aşağı olan şahmatçıların mübarizə apardığı “B” turnirində isə iki turdan sonra 21 şahmatçı maksimum xal toplayıb. Bu turnirdə 100 şahmatçı mübarizə aparır.“Naxçıvan-2016” Beynəlxalq Şahmat Festivalının “C” turnirində 164 zəka sahibi qüvvəsini sınayır. İlk iki turdan sonra 37 şahmatçı maksimum xal toplamağa nail olub.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Kənd təsərrüfatının inkişafında yeni mərhələ: Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22.02.2019
Xocalı soyqrımını törədənlər beynəlxalq məhkəmə qarşisinda cavab verməlidirlər
22.02.2019
“Təbiət Mənim Evim” layihəsi baş tutub
22.02.2019
Mingəçevirin innovativ layihələri müəyyənləşib
22.02.2019
“İşıq İnşaat” MTK-nın sakinləri onların rahatlığını pozan restoranın bağlanmasını tələb edirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10614

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info