İş yerinə dair elektron qaydada arayış əldə edənlərin sayı artıb
Tarix: 12.05.2016 | Saat: 19:53:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron Hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidməti vətəndaşlara işlədikləri müəssisənin aidiyyəti şəxslərinə müraciət olunmadan, bundan ötrü vaxt və əziyyət sərf etmədən iş yerinə dair arayış əldə etməyə imkan verir. Bu səbəbdən həmin e-xidmət ölkəmizdə mövcud olan e-arayış sistemində xüsusi aktuallığı ilə seçilir və təkcə son ay ərzində əhali həmin e-xidmətdən 13739 dəfə faydalanıb.
“İş yerinə dair arayış” e-xidmətindən istifadə etmək istəyən şəxslər bunun üçün “Elektron Hökumət” portalında autenfikasiyadan keçərək müvafiq e-xidməti seçirlər. Bundan sonra portal tərəfindən avtomatik olaraq iş yerinə dair formalaşdırılmış arayışı aidiyyəti quruma həm elektron şəkildə göndərə, həm də çap edərək kağız şəklində təqdim etmək olar. Həmin e-arayışlarda işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, arayışın etibarlılıq müddəti və s. məlumatlar əksini tapır.
İş yeri barədə arayışların təqdim edildiyi təşkilatlar da məhz “İş yerinə dair arayış” elektron xidməti vasitəsilə verilən arayışlara daha çox üstünlük verirlər. Çünki onlar həmin e-arayışlarda göstərilən ştrix-kod vasitəsilə "E-hökumət" portalındakı "Portal üzərindən verilmiş arayışların yoxlanılması" xidmətindən istifadə edərək, arayışlarda əksini tapan məlumatların düzgünlüyünü yoxlamaq imkanına malik olurlar.
“İş yerinə dair arayış” e-xidməti 2014-cü ilin dekabr ayında əhalinin istifadəsindədir və əhalinin marağının getdikcə artmaqda olduğu həmin e-xidmətdən istifadə sayı cari ilin 01 may tarixinədək 282548-ə çatıb.


Qorqud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info