Ermənistan iqtisadiyyatı 4 günlük savaşa dözə bilmədi
Tarix: 12.05.2016 | Saat: 19:54:00 | E-mail | Çapa göndər


“News.am”: “Apreldə baş verən cəbhə savaşları ilə bağlı Ermənistan rəhbərliyi daha qənaətcil iş rejiminə keçmək qərarına gəlib ”

Ermənistanın “News.am” saytı yazır ki, apreldə baş verən cəbhə savaşları ilə bağlı olaraq Ermənistan rəhbərliyi “daha qənaətcil iş rejiminə keçmək” qərarına gəlib. Bu barədə Ermənistan hökumətinin iclasında baş nazir Ovik Abramyan bildirib. Onun sözlərinə görə, ilk növbədə, dövlət aparatı ilə bağlı xərcləri azaltmaq lazımdır: “Həmçinin nəticəsiz xərcləri ləğv etmək lazımdır. Buraya ezamiyyətlər, nümayəndəlik xərcləri, xidməti maşınlar və bir çox başqaları aiddir”. Bununla əlaqədar olaraq Ermənistan baş naziri Maliyyə Nazirliyi və hökumətin bir həftə ərzində müvafiq tənzimləmələrlə bağlı təkliflər irəli sürməsini tapşırıb.
Məlum olduğu kimi, aprelin əvvvəlində Ermənistanın təxribatı nəticəsində baş vermiş 4 günlük döyüş nəticəsindədüşmən ölkənin bütün yamaqları və biabırçılıqları, eyni zamanda döyüşdəacizliyi tam çılpaqlıqları ilə üzə çıxdı. Təxribat Ermənistan silahlı qüvvələrinin tam geri oturdulması, yeniıməsi və düşmənin xeyli sayda canlı qüvvə, texnika və ən başlıcası, ərazi itkisi verməsi ilə nəticələndi. Daha doğrusu, bu döyüşün nəticəsi olaraq Azərbaycan özünün işğal altında olan torpaqlarının kiçik bir hissəsini geri qaytardı. Bununla bərabər, 4 gün ərzində qüdrətli azərbaycan ordusu tərəfindən çökdürülən düşmən, atəşkəs diləməyə vadar etdi və vasitəçi ölkələrin köməyi ilə atəşkəs əldə olundu.
Bununla belə, qeyd edildiyi kimi, bu döyüş 4 gün sürsə də, Azərbaycan ordusunun nəyə qadir olduğunu, müharibə davam edərsə, Ermənistanın tamamilə müflis olub, darmadağın ediləcəyini açıq büruzə verdi. Bunu daha sonradan Ermənistan və digər xarici ekspertlər də bildirdilər. Müharibə nəticəsində aydın oldu ki, Ermənistan ordusu təchizat, silah-texnika və nizam-intizam baxımından çox bərbad gündədir, düşmən ordusunda çox ciddi əsgər qıtlığı və fərarilik halları var. Ermənistanda tez-tez guya könüllü qismində qocaların. Yaşlı insanların orduya cəlb edilməsi ilə bağlı reklam xarakterli görüntülər isə onu deməyə əsas verirdi ki,Sərkisyan hakimiyyəti bu ölkədə baş verən fərarilik halları və əsgər qıtlığını “kompensasiya etmək” üçün belə bir ucuz reklama ehtiyac duyur. Amma elə həmin ahıl və qoca könüllülərin doluşub cəbhəyə göndərildiyi avtobusu Azərbaycan toplarının göyə sovurması nəticəsində, bu cür ucuz reklamın hara qədər “işləyə” biləcəyi də aydın göründü. Bir sözlə, tam aydın oldu ki, Ermənistan döyüş meydanında Azərbaycan ordusunun qarşısında tam aciz və gücsüz durumdadır və xarici dövlətlərin, təşkilatların işə qarışmaması şəraitində, İrəvanı da itirə bilər.
Döyüş meydanından başqa, Ermənistanın beynəlxalq arenada da tək qaldığı bir daha aydın oldu. Ötən saylarımızda da yazmışdıq ki, Ermənistanın özünə müttəfiq hesab etdiyi, KTMT-də bir arada təmsil olunduğu Rusiya, Qazaxıstan, Belarus kimi dövlətlər tərəfindən dəstəklənməməsi və dəstəklənməyəcəyi, onların Azərbaycanla bütün sahələrdə əlaqələrə üstünlük verdikləri, Azərbaycanı Ermənistandan üstün tutduqları açıq göründü və həmin ölkələrin rəsmiləri səviyyəsində də bu meyil açıq ifadə edildi. Bütün bunlar isə aciz Ermənistan hakimiyyətinin regionda və beynəlxalq arenada nüfuzsuzluğunu və etibarsızlığını açıq şəkildə bir daha göstərmiş oldu. Beləliklə, savaş meydanında yenilən, beynəlxalq arenada təklənən və dəstəkdən məhrum olan Ermənistanın bu günə düşməsinə səbəb nədir?
Səbəb sadədir: Çirkin korrupsiya içində boğulan kriminal Ermənistan hakimiyyəti, yalnız forpost ölkə kimi mövcud olmaqla, indiyə qədər heç bir dövlətçilik institutunu lazımınca inkişaf etdirə, iqtisadiyyat qura və beynəlxalq arenada lazımınca təmsil oluna bilməyib, 22 il öncə işğal gücünə özgə torpaqlarını zəbt etdiyinə baxmayaraq, ordusu, elə həmin illərdə də ilişib qalıb. Bu ölkənin iqtisadiyyatı yox səviyyəsindədir və müasir ordu saxlamaq, onunla müharibə aparmaq dərəcəsində deyil. Buna görədir ki, 4 günlük savaş bu ölkəni həm də sosial-iqtisadi baxımdan dünyaya çox “yaxşı” tanıtdı – Ölkənin müharibə üçün heç bir real büdcəsinin oladığı aşkara çıxdı. Elə ona görə də yamaqları üzə çıxmış Ermənistanda indi xərclər ixtisar olunur, bu sahədə kəskin ixtisarlar və məhrumiyyətlərdən irəli gələn “islahatlar” gündəmə gəlib. Bir daha aydın olur ki, 4 günlük müharibə apara bilməyib, cəbhədə rüsvayçı şəkildə Azərbaycana yenilən Ermənistan, daha uzunmüddətli müharibə olarsa, nəinki işğal altındakı torpaqları, hətta tarixən Azərbaycana məxsus olmuş indiki Ermənistan adlanan əraziləri də itirə bilər.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info