Suraxanıda pulsuz tibbi müayinə aksiyası uğurla yekunlaşır
Tarix: 12.05.2016 | Saat: 20:01:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq əhalinin pulsuz tibbi müayinəsi Suraxanı rayonunda uğurla yekunlaşır.Rayon icra hakimiyyətindən bildirilib ki, Suraxanıda 214 min 400 nəfər sakinin və rayonda məskunlaşmış 20 mindən yuxarı məcburi köçkünün tibbi müayinəsi 4 xəstəxanada, 4 poliklinikada və 1 ambulatoriyada keçirilir. Hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisələrində müayinə olunur. Mayın 12-dək rayonda 166 min 707 nəfər vətəndaş və 139 kollektiv tibbi müayinədən keçib. Müayinədən keçən 5 min 116 nəfərdə müxtəlif xəstəliklər aşkarlanıb. Onlardan 235 nəfəri stasionar müalicəyə cəlb edilib, 256 nəfər təkrar müayinə və müalicə olunmaq üçün Bakı şəhərinin müxtəlif xəstəxanalarına göndərilib.15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Arif Məmmədov bildirib ki, əhalinin müayinəsi tərtib edilmiş qrafikə əsasən aparılır. Sakinlər əvvəlcə terapevt tərəfindən müayinə olunurlar. Sonra isə ehtiyac yarandığı halda, onları cərrah, oftalmoloq, nevropatoloq, stomatoloq və digər ixtisaslı həkimlər müayinə edirlər. İndiyədək xəstəxanada 25 min 173 nəfər tibbi müayinədən keçib. Müayinə olunanlardan 1527 nəfərdə müxtəlif xəstəliklər aşkarlanıb. Onların 66 nəfəri stasionar müalicəyə götürülüb, 117 nəfər isə hospitalizasiya olunub.Baş həkim deyib ki, xəstəxanada işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Bu briqadalar müəyyən səbəblərdən poliklinikaya gələ bilməyən vətəndaşlara evlərində tibbi xidmət göstərirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.
Qaraçuxur qəsəbəsi sakini Əlağa Hüseynov xəstəxananın tibbi heyətindən, burada yaradılan şəraitdən razılığını bildirib və vətəndaşların qayğısına qaldığına görə dövlət başçısına minnətdarlıq edib.
Digər qəsəbə sakini Türkan Fətullayeva deyib: “Bütün müayinələrdən keçdim. Həkimlər və tibb bacıları məni mehribanlıqla qarşıladılar. Belə şəraiti bizə yaratdığına görə Prezidentimizə minnətdarlığımızı bildiririk”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Özünüməşğulluq proqramına cəlb edilənlərin “Məşğulluq” altsistemində ayrıca kabineti olacaq
19.02.2019
İş vaxtı ərzində işçi digər peşə üzrə əmək funksiyasını da icra edərsə, onun əmək haqqına əlavə ödənilməlidir
19.02.2019
Beyləqanın Əhmədli və Gödəklər kəndlərində modul tipli məktəb binaları istifadəyə verilib
19.02.2019
Əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müavini təyin olunub
19.02.2019
Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüş olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10607

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info