“Dağıstanda biznes qurmaq istəyən sahibkarlara müəyyən güzəştlər verilə bilər“
Tarix: 12.05.2016 | Saat: 21:46:00 | E-mail | Çapa göndər


Azərbaycan və Dağıstan arasında ticarət dövriyyəsinin artırılması üçün kifayət qədər potensial var.
Bunu iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Dağıstan işgüzar forumunda deyib. 
Nazir bildirib ki, iki ölkə arasında illik ticarət dövriyyəsinin 150-160 milyon dollar səviyyəsində olması yetərli deyil: "2015-ci ildə digər illərlə müqayisədə ticarət dövriyyəsində müsbət dinamika müşahidə olunub. Ticarət dövriyyəsinin artırılması üçün istər Azərbaycan, istərsə də Dağıstanın kifayət qədər imkanları var". 
Ş. Mustafayev əlavə edib ki, Azərbaycan şirkətləri Dağıstanda fəal şəkildə fəaliyyət göstərir. 
"Fürsətdən istifadə edərək Dağıstan Respublikası rəhbərliyinə Dərbənd dəmiryolu stansiyasında Azərbaycanın kənd təsərrüfatı məhsullarının daşınmasında yaranan problemə çevik reaksiya verdiyinə görə, təşəkkür edirəm", - deyə Ş. Mustafayev qeyd edib. 
Öz növbəsində Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipov qeyd edib ki, Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsində maraqlıdır: "Dağıstan iqtisadiyyatına investisiyaların yatırılması, o cümlədən birgə müəssisələrin yaradılması üçün böyük imkanlar var. Aqrar-sənaye kompleksi və xidmət sahələrində əməkdaşlığın genişləndirilməsi üçün imkanlar böyükdür. Hər iki tərəfin sahibkarlarına xidmət edəcək logistik mərkəzlərin yaradılması mümkündür. Bu mərkəzlər vasitəsilə biz birlikdə Rusiyanın digər bazarlarına çıxa bilərik. Bundan başqa, Dağıstanda mehmanxanaların, istirahət mərkəzlərinin və restoranların yaradılmasına ehtiyac var". 
R. Abdulatipov əlavə edib ki, Dağıstanda biznes qurmaq istəyən sahibkarlara müəyyən güzəştlər verilə bilər.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Ekspro” şirkəti Azərbaycanın neft-qaz sahəsində mövqeyini gücləndirir
15.11.2018
Azərbaycan ən çox İtaliyaya satır, Rusiyadan alır
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info