Gəncədə Nizami kinoteatrı təmir olunacaq
Tarix: 04.03.2013 | Saat: 15:56:00 | E-mail | Çapa göndər


Gəncədəki Nizami kinoteatrının cari ildə əsaslı təmir edilməsi nəzərdə tutulub.
Bu barədə AzərTAc-a məlumat verən kinoteatrın direktoru Aydın Məmmədov deyib ki, vaxtilə müxtəlif ölkələrin kinofestivalları keçirilən kinoteatr binası 1986-cı ildən indiyədək təmir edilmədiyindən, demək olar ki, istifadəyə yararsız vəziyyətə düşüb. 300 yerlik 2 kino zalı olan kinoteatrda istilik sisteminin, eləcə də texniki qurğuların sıradan çıxması nəticəsində fəaliyyəti dayandırılmış, ancaq yay aylarında müxtəlif məqsədlər üçün istifadə edilib. Hazırda şəhərdə aparılan abadlıq və quruculuq işləri çərçivəsində bu mədəniyyət ocağının da təmiri nəzərdə tutulub. Bu günlərdə binanın əsaslı təmiri üçün layihə sənədlərinin hazırlanmasına başlanılıb. Sənədləşmə işləri başa çatdırıldıqdan sonra binanın əsaslı təmirinə başlanacaq.




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Strateji Menecment Məktəbi” layihəsinin təlimləri başa çatıb
15.02.2019
Neftçalakı günərzi qayğı mərkəzində uşaqlara reabilitasiya yönümlü sosial xidmətlər göstərilir
15.02.2019
Aldığınız məhsulu barkod ilə necə yoxlaya bilərsiz?
15.02.2019
Gədəbəy Rayon İcra Hakimiyyəti öz “asan xidmət”ini yaratdı
14.02.2019
Binəqədi RİH yanında İctimai Şura Uşaq Gənclər İnkişaf Mərkəzində tədbir keçirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info