“Ermənistan yenidən təxribata yol versə, yarışmadan kənarlaşdırılacaq“
Tarix: 12.05.2016 | Saat: 21:47:00 | E-mail | Çapa göndər


“Ermənistan nümayəndə heyətinə ciddi xəbərdarlıq olunub ki, hər hansı şəkildə qaydalara riayət olunmazsa, təxribat xarakterli hərəkətlərə yol verilərsə, onlar bu ilki, yaxud növbəti ilin yarışmasından kənarlaşdırılacaqlar. Bizə Avropa Yayımçıları Birliyinin baş direktoru İnqrid Deltenrenin imzası ilə məktub gəlib. İyun ayını gözləyirik ki, görək, iclasda Ermənistana qarşı hansı tədbirlər görüləcək”. 
Bunu APA-ya açıqlamasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) rəhbəri Cəmil Quliyev deyib. İTV direktoru qeyd edib ki, rəhbərlik etdiyi qurumun adından Avropa Yayımçıları Birliyinə Ermənistanın bayraq təxribatı ilə bağlı göndərdiyi etiraz məktubu paralel olaraq 40-a yaxın ölkənin ictimai televiziya və radiosunun rəhbərlərinə də ünvanlanıb: “Məktubun surəti televiziya sahəsində çalışan müxtəlif beynəlxalq təşkilatlara da göndərilib. Bu və başqa addımların nəticəsində dünən Avropa Yayımçıları Birliyindən cavab gəldi. Məktubda Ermənistan təmsilçisinin təxribat xarakteri daşıyan hərəkəti pislənilib, bizim nəzərimizə çatdırılıb ki, nəzarət komissiyasının iyun ayında keçiriləcək iclasında bu məsələyə baxılacaq və Ermənistana qarşı cəza tədbirləri görüləcək. Bununla yanaşı məktubda qeyd olunur ki, Ermənistan “Eurovision” Mahnı Müsabiqəsinin əsasnaməsinin 1.2.2 bəndini pozub. Bu da mahnı müsabiqəsinin qaydalarına ziddir. Avropa Yayımçıları Birliyi və müsabiqənin rəhbərliyi tez bir zamanda məktuba reaksiya verdilər. Çünki Ermənistanın etdiyi təxribat “Eurovision”un əsasnaməsinə ziddir. Eyni zamanda bunun ətrafında böyük ictimai rəy də yarandı. Bir çox ictimai televiziyalar bu hərəkəti pislədilər”.
C. Quliyev əlavə edib ki, Ermənistan nümayəndə heyətinə xəbərdarlıq olunub: “Əgər Ermənistan nümayəndə heyəti ümid edirsə ki, müsabiqə başa çatandan sonra onlar yenidən təxribata yol verə bilərlər, bu, baş tutmayacaq. Belə olan təqdirdə ciddi şəkildə cəzalanacaqlar”. 




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info