“Ermənistan belə bir hadisəni təkrarlayarsa, finalda çıxışdan məhrum olunacaq”
Tarix: 13.05.2016 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


“Avropa Yayım Birliyi “Eurovision-2016” mahnı müsabiqəsinin finalında bu hadisənin bir də təkrarlanmaması üçün Ermənistan televiziyasını xəbərdarlıq edən bəyanat yayıb.
Qurumun Nəzarət Qrupu Ermənistan nümayəndəliyi tərəfindən qaydaların bundan sonra pozulmasına yol verməyəcək. Əgər belə bir hadisə təkrarlanarsa, onlar finalda çıxışdan məhrum olunacaqlar”. Bu sözləri “Eurovision-2016” mahnı müsabiqəsinin təşkilati məsələlər üzrə rəhbəri Sietse Bekker AZƏRTAC-ın müxbirinə Ermənistan təmsilçisinin birinci yarımfinalda qondarma respublikanın bayrağının nümayiş olunması məsələsini şərh edərkən deyib. Tanınmamış bir qurumun bayrağının nümayiş etdirilməsinin düzgün olmaması ilə razılaşdığını bildirən Sietse Bekker Avropa Yayım Birliyinin Nəzarət Qrupunun məsələni diqqətdə saxladığını vurğulayıb: “Bu, “Eurovision” mahnı müsabiqəsinin qaydalarının ciddi şəkildə pozulması deməkdir. Nəzarət Qrupu Ermənistan İctimai Televiziyasına sanksiya tətbiq etməyi qərara alıb. Qərarın nəticəsi bu ilin iyununda keçiriləcək növbəti görüşdə açıqlanacaq. Bu, bir daha AYB-in iştirakçı ölkələr tərəfindən qaydalara ciddi əməl olunmasını tələb etdiyini göstərir. Hər hansı bir ölkə belə hadisəni təkrarlayarsa, bunun ciddi nəticəsi ilə üzləşəcək”. Ermənistan-Azərbaycan arasında, xüsusilə də Dağlıq Qarabağda vəziyyətin nə dərəcədə ciddi olduğunu anladığını söyləyən Sietse Bekker bu gərginliyin uzun illərdir davam etdiyini və insanların bu məsələ ətrafında olan həyəcanlarını da başa düşdüyünü diqqətə çatdırıb: “Ona görə də Avropa Yayım Birliyi və Nəzarət Qrupu “Dağlıq Qarabağ”ın bayrağının nümayiş olunması hadisəsini siyasi bəyanat olaraq qəbul edir. Əlbəttə ki, bu xoşagəlməz haldır. “Eurovision” mahnı müsabiqəsi siyasi meydan deyil və bu belə də qalacaq. Bu səbəbdən də Nəzarət Qrupu tərəfindən Ermənistan televiziyasına qarşı ciddi reaksiya veriləcək və ciddi sanksiya tətbiq olunacaq. Biz hər zaman dəyərlərimizi ciddi şəkildə müdafiə etməyə çalışırıq. Bizim artıq Ermənistan nümayəndəliyi ilə söhbətimiz oldu. Onlara artıq Nəzarət Qrupunun Ermənistana sanksiyanın tətbiq olunacağı barədə qərarın nüsxəsi göndərilib. Biz bu hadisənin finalda da təkrarlanmayacağına əmin olmağa çalışırıq. Final mərasimində gözləmə otağına gətirilən bayraqlar xüsusi olaraq nəzarətdən keçiriləcək. Lakin belə haldan sui-istifadə olunarsa, bu bir daha siyasi mesaj olaraq qəbul olunacaq”.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info