Avstriyanın yeni baş naziri Kristian Kern ola bilər
Tarix: 13.05.2016 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


Avstriyanın Federal Kansleri və koalisiyalı hökumətdə təmsil olunan Avstriya Sosial-Demokratlar Partiyasının (SPÖ) sədri Verner Faymannın gözlənilməz istefasından sonra sosial-demokratlar qısa zamanda baş nazir postuna namizədlər arasında seçim ediblər.
Ölkənin 9 federal əyalətindən yeddisində Sosial-Demokratlar Partiyasının yerli partiya komitələri Avstriya Federal Dəmir Yolları Konserninin rəhbəri Kristian Kernin həm partiya rəhbərliyinə, həm də baş nazir postuna namizədliyini dəstəklədiyini elan ediblər. Müvəqqəti olaraq Sosial-Demokratlar Partiyasının sədr səlahiyyətlərini icra edən Vyana şəhərinin meri (eyni zamanda, Vyana əyalətinin qubernatoru) Mixael Hoypl Avstriya Teleradiosunun keçmiş rəhbəri Qerhard Tsaylerin namizədliyini dəstəkləsə də, Q.Tsayler mayın 12-də baş nazir vəzifəsi üçün partiyadaxili seçimlərdə iştirak etməyəcəyini bəyan edib. Bunun ardınca isə Vyana və Burqenland əyalətləri üzrə partiya funksionerləri vahid namizəd üzərində dayanılması barədə qərar qəbul ediblər. Kristian Kernin baş nazir vəzifəsinə namizədliyi barədə mayın 13-də SPÖ partiyasının bütün əyalət komitələrinin iştirakı ilə Vyanada keçiriləcək toplantısında formal olaraq qərar qəbul ediləcək, sonra isə koalisiya tərəfdaşı Avstriya Xalq Partiyası (ÖVP) və ölkə Prezidenti Haynts Fişerə təqdimat veriləcək. Yeni baş nazirin inauqurasiya mərasiminin mayın 16-da baş tutacağı gözlənilir. Siyasi şərhçilərin rəyinə görə, Avropaya qaçqın axını çərçivəsində Avstriya Federal Dəmir Yollarının qaçqınların daşınmasında göstərdiyi mütəşəkkil və gərgin fəaliyyət, son illərdə bu konsernin K.Kernin rəhbərliyi altında uğurlu inkişafı və ümumiyyətlə, onun idarəçilik bacarığı baş nazir postuna namizəd seçimində həlledici rol oynayıb.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İspan qadınlar həm alim, həm də ana olmaq hüququ uğrunda mübarizə aparırlar
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info