ABŞ Çinin sualtı donanmasından ehtiyatlanmağa başlayıb
Tarix: 13.05.2016 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


Pentaqon 2020-ci ilə qədər Cənubi Çin dənizinə pilotsuz sualtı qayıq göndərəcək

Bu ilin martında ABŞ-ın dəniz məsələləri üzrə eksperti Ronald O`Rurk tərtib etdiyi "Çinin dəniz qüvvələrinin modernləşdirilməsi: Amerika Birləşmiş Ştatlarının Hərbi Dəniz Qüvvələri üçün nəticələri" adlı hesabatı Konqresə təqdim edib. Hesabatda O`Rurk amerikalı ekspert və natiqlərin çıxışlarına istinadən, Çinin sualtı qayıqlarının sayı barədə fərziyyələr irəli sürüb.
Ekspert iddia edib ki, hələ 2015-ci ildə Çinin sualtı qayıqlarının ümumi sayı 66-75 arasında göstərilirdisə, 2020-ci ildə həmin gəmilərin sayı 69-78, 2026-ci ildə 72-81 və 2030-cu ildə isə böyük ehtimalla 99-a çata bilər. Amerikalı ekspertin ehtimalına görə, Çinlə müqayisədə 2026-cı ilə amerikalıların sualtı qayıqlarının ümumi sayı 61-ə çata bilər və 2030-cu ilə qədər bu gəmilərin yalnız 53-ü istismar müddətini başa vurmamış olacaq. Lakin bütün bunlarla yanaşı, Amerika gəmilərinin sayının az olmasına baxmayaraq, onlarin əksəriyyəti nüvə arsenalı ilə təchiz ediləcək. Amerika sualtı gəmilərindən fərqli olaraq, Çin sualtı gəmilərinin ən yaxşı halda yalnız yarısı nüvə arsenalı ilə təchiz edilə bilər. Vaşinqton Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi qeyd edir ki, Çinin ballistik raketlərlə təchiz edilmiş “Çzin” layihəli sualtı gəmiləri ABŞ sahillərinə gözlənilməz hücum etmək iqtidarında deyil. Belə ki, bu sualtı qayıqların yerini səsinə görə hidrolokatorlar tərəfindən müəyyən etmək çox asandır. Məsələ ondadır ki, Çinin yeni layihə əsasında hazırlanan sualtı qayıqları, ötən əsrin 70-ci illərində Sovetlər tərəfindən istismardan çıxarılan "Kalmar" sualtı gəmilərindən daha çox səs çıxarır. Çinin sualtı donanmasının ikinci zəif nöqtəsi rabitə ilə bağlıdır. Çinin bu istiqamətdə, daha doğrusu, ultra-aşağı tezliklər ilə ünsiyyət üzərində iş aparması ilə bağlı məlumatlar olsa da, Amerika kəşfiyyatı bu barədə səhih məlumata malik deyil. Və nəhayət ABŞ-ın Çin sualtı donanmasında zəif hədəf kimi dəyərləndirdiyi məsələlərdən ən önəmlisi sualtı baza ilə bağlıdır. Belə ki, Çinin Haynan adasında yerləşən baza ABŞ qüvvələri və onların müttəfiqləri üçün o qədər də əlçatmaz hədəf deyil. Lakin bütün bunlara baxmayaraq, amerikalılar özləri də Çinin Sakit okeanda möhkəmlənməyə can atdığını etiraf etmək məcburiyyətindədirlər. Buna əyani sübut kimi, Çinin son illər Vudi adasında “Yer-hava” raketlərini yerləşdirməsi, Cənubi Çin dənizində yeni baza inşa etməsini göstərirlər. Xatırladaq ki, aprelin ortalarında Filippinə səfər edən ABŞ-ın müdafiə naziri Eşton Karter 2020-ci ilə qədər Cənubi Çin dənizinə pilotsuz sualtı qayıq göndərəcəkləri barədə məlumat verib. Çinin sualtı donanması təkcə ABŞ-ı deyil, qonşu ölkələri də narahat edir. “Reuters” xəbər verir ki, Çinin hərbi aktivliyindən narahat olan Hindistan ABŞ-la qarşılıqlı hərbi yardım barədə danışıqlara başlayıb.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info