Azərbaycanın inkişaf potensialının region ölkələrinə təsiri
Tarix: 13.05.2016 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


Vüqar Zifəroğlu: “Azərbaycan hər zaman qarşılıqlı fayda və işgüzar əməkdaşlıq prinsiplərinə sadiqliyi ilə seçilib”

Azərbaycanın potensialı və gündən-günə inkişafı onun beynəlxalq aləmdə də nüfuzunu artırıb. Artıq əksər sahələrdə Azərbaycan regionda lider dövlət olduğunu sübut edib. Azərbaycanın bu kimi inkişaf potensialı müsbət mənada region ölkələrinə də təsir edir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə təşkil olunmuş rəsmi qəbulda Prezident İlham Əliyev çıxışında bu baxımdan da öz fikrini bildirib: “Azərbaycan gələcək illərdə beynəlxalq aləmdə daha da böyük hörmətə layiq olacaqdır. Ölkə daxilində proseslər müsbət istiqamətdə gedir. Bizim regional əməkdaşlıqla bağlı təşəbbüslərimiz nəinki ölkəmizi, qonşu ölkələri də gücləndirir. Bizdə gələcək inkişafla bağlı çox dəqiq proqramlar var və gələcəyə baxışımız çox dəqiqdir. Növbəti illərdə görüləcək işlər bizi daha da gücləndirəcəkdir. Ölkəmizin gələcək inkişafı ilə bağlı bizdə heç bir şübhə yoxdur. Azərbaycan bundan sonra da inkişaf yolu ilə gedəcək”.
Azərbaycanın bu gün dünyada etibarlı tərəfdaş kimi tanındığını deyən Prezident ölkəmizin beynəlxalq mövqelərinin böyük dərəcədə möhkəmləndiyini vurğulayıb: “Azərbaycanı indi bütün dünya ictimaiyyəti tanıyır və bizim fəaliyyətimizə böyük rəğbətlə yanaşır. Azərbaycanda keçirilən qlobal beynəlxalq tədbirlər həm imkanlarımızı, gücümüzü göstərir, eyni zamanda, bizə olan hörməti daha da artırır.
Azərbaycan sürətli inkişaf yolundadır. Bu inkişafı biz öz hesabımıza qazanmışıq. Nəyi qazanmışıqsa, nəyi əldə etmişiksə, ancaq Azərbaycan xalqının zəhməti hesabına, düşünülmüş siyasət nəticəsində əldə etmişik. Bizə heç kim kömək etməmişdir, etmir və etməyəcəkdir. Buna ehtiyac da yoxdur. Ancaq biz öz işimizi elə qurmuşuq ki, bütün sahələr üzrə konkret proqramlarımız var və onlar icra edilir”.
“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, analitik Vüqar Zifəroğlu bizimlə söhbətində dedi ki, Azərbaycan Cənubi Qafqaz regionunda həyata keçirilən bir sıra qlobal enerji və kommunikasiya layihələrində “açar ölkə” olaraq tanınır: “Azərbaycan hər zaman qarşılıqlı fayda və işgüzar əməkdaşlıq prinsiplərinə sadiqliyi ilə seçilib. Diqqət edin, “Əsrin müqaviləsi” ilə başlanan proses, bütünlükdə regionun inkişafına ciddi töhfələr verən transmilli layihələrin gerçəkləşməsi üçün əsas təşkil etdi. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti bunun ən bariz nümunələridir. Bu layihələr yalnız iqtisadi deyil, o cümlədən siyasi nöqteyi-nəzərdən də ciddi əhəmiyyətə malikdirlər. Hazırda dünyada, əsasən də regionda baş verən hadisələr - istər dini-etnik münaqişələr, istərsə də yeni müharibə ocaqlarının yaranması, ölkələr arasında enerji daşınması və ümumiyyətlə, nəqliyyat sahəsində ciddi problemlərin ortaya çıxmasına təkan verir. Bu isə ilk növbədə alternativ nəql imkanlarının axtarışında olan Qərbin diqqətini ölkəmizə cəlb edir. Təsadüfi deyil ki, bu layihələrdən sonra Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərləri layihələrinin həyata keçirilməsi Avropa və dünyanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyətə malikdir və Azərbaycanın adı bu layihələrdə ciddi əhəmiyyətə malikdir”. Vüqar Zifəroğlunun fikrincə, bu kimi layihələrdə iştirakımız, hətta “kilid ölkə” statusuna malik olmamız, yalnız strateji mövqeyimizlə bağlı deyil, eyni zamanda etibarlı tərəfdaş kimi tanınmağımızın da ciddi əhəmiyyəti var: “Hazırda baş verən münaqişələr fonunda dünyanın üzləşdiyi iqtisadi böhran dönəmində ölkəmizdə həyata keçirilən layihələr və əldə edilən uğurlu nəticələr tərəfdaşlar üçün sabit və etibarlı ölkə olaraq ciddi təminat xarakteri daşıyır”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info