“İsveçrənin nəhəng şirkətləri Azərbaycanda real sektora maraq göstərir”
Tarix: 13.05.2016 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


“Son bir neçə il ərzində İsveçrə və Azərbaycan sıx əlaqələr qurmağa nail olub. İkitərəfli münasibətlərin genişləndirilməsi üçün münbit siyasi şərait mövcuddur”.
Bunu İsveçrə Konfederasiyasının Azərbaycandakı və Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Filip Ştalder “Caspian Energy”yə müsahibəsində deyib. Ölkələrimiz arasında enerji əməkdaşlığı məsələlərinə toxunan səfir xatırladıb ki, İsveçrə “Cənub Qaz Dəhlizi”nin boru kəməri infrastrukturu qismində TAP (Transadriatik boru kəməri) layihəsini fəal şəkildə dəstəkləyib. Filip Ştalderin fikrincə, “TAP İsveçrədəki mənzil-qərargahı ilə enerji sektorunda məhsuldar əməkdaşlığın bariz nümunəsidir”. Səfir qeyd edib ki, SOCAR Cenevrədəki 160 yanacaqdoldurma məntəqəsi və ticarət strukturu ilə birgə İsveçrədə fəal xarici investor və işəgötürəndir. Filip Ştalder vurğulayıb ki, İsveçrənin Azərbaycan Respublikasındakı dördüncü səfiri kimi onun məqsədi iki ölkə arasında siyasət, iqtisadiyyat, mədəniyyət və elm sahələrində əlaqələrin genişləndirilməsi, o cümlədən İsveçrənin Azərbaycanda iştirakını gücləndiməkdir. Səfirin sözlərinə görə, İsveçrənin iqtisadiyyatın müxtəlif sahələrində təmsil olunan nəhəng şirkətləri Azərbaycanda öz fəaliyyətlərini qurub: “Bakıdan cənubda yerləşən müəssisəsində sement istehsalı ilə məşğul olan İsveçrə şirkətlərindən biri qeyri-neft sektoruna birbaşa xarici investisiyanın axın mənbəyidir. İnşaat və sənaye sektorları üçün xüsusi kimyəvi reagent istehsal edən digər İsveçrə şirkəti isə bu yaz Sumqayıt Kimya Sənaye Parkındakı yeni müəssisədə işləmək niyyətində olduğunu açıqlayıb. Beləcə, isveçrəli investorlar ölkə iqtisadiyyatının real sektoruna maraq göstərirlər”. İkitərəfli ticarət dövriyyəsinin təxminən 1 milyard İsveçrə frankı (1 milyard ABŞ dolları) təşkil etdiyini deyən səfir bəyan edib ki, hər iki tərəf bu əməkdaşlığı genişləndirmək üçün daha geniş potensialın mövcud olduğunu bildirir.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
“Biz silah yarışına girmək istəmirik, amma...“
23.08.2019
“Təhsilhaqqını ödəyə bilməyənlərlə bağlı xeyriyyə kampaniyası alqışlanası addımdır”
22.08.2019
Bu qüvvələrin məqsədi Azərbaycanın imicinə xələl gətirməkdir
22.08.2019
“Allahşükür Paşazadə Azərbaycandakı tolerant mühiti beynəlxalq aləmdə tanıdır”
22.08.2019
Əliməmməd Nuriyev: “Beynəlxalq Şəffaflıq Təşkilatı dərhal və qətiyyətli şəkildə bu avantürist təşəbbüsün qarşısını almalıdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info