Səfir: “Naxçıvanın geniş və zəngin turizm potensialı var”
Tarix: 13.05.2016 | Saat: 15:08:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasının geniş turizm potensialı var. Naxçıvanın çoxsaylı mineral və müalicə əhəmiyyətli su mənbələri, zəngin mətbəxi, qədim tarixi və mədəniyyəti turizmin inkişafı üçün geniş perspektivlər vəd edir.Bu fikirləri mayın 9-11-də Naxçıvan Muxtar Respublikasında səfərdə olan İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Filip Ştalder AZƏRTAC-a müsahibəsində deyib.Səfir qeyd edib ki, Naxçıvanda yaradılan yüksək infrastruktur onun turizm potensialını daha da artırır. Burada dünyanın müxtəlif ölkələrindən gələcək turistlər üçün çox gözəl şərait, imkanlar mövcuddur.“Muxtar respublikanın təbii cazibədarlığı dünyadakı turistlərin bura səfərinə zəmin yaradır. Onlar Naxçıvana gələ bilərlər və məsələn, şəxsən mənim özüm ənənəvi turizmdən kənara çıxan bir insan kimi, bu sahədə Naxçıvanda böyük imkanların şahidi oldum”, – deyə Filip Ştalder bildirib. Səfir vurğulayıb ki, səhiyyə turizmi baxımından Duzdağ Fizioterapiya Mərkəzi çox önəmli, qeyri-adi bir məkandır. O, ailə üzvləri ilə birlikdə bir gecə Duzdağda qaldığını qeyd edərək deyib ki, dünyanın heç bir yerində belə imkanlar yoxdur.İsveçrə səfiri Azərbaycanda və regionda çox məşhur olan Naxçıvanın mineral sularının istehsal olunduğu “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Badamlı” zavodu ilə də tanış olduğunu deyib: “Naxçıvan mineral sular sarıdan bəxti gətirmiş regionlardan biridir. İsveçrə Əməkdaşlıq Ofisi uzun illər Naxçıvanla əməkdaşlıq edib, kəhrizlərin bərpasında böyük işlər görüb”.Səfərinin çox maraqlı, səmərəli və uğurlu keçdiyini vurğulayan diplomat qeyd edib ki, Naxçıvanı çox bəyənib və bura yenidən səfər etmək arzusundadır.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info