Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisinə başlanılıb
Tarix: 13.05.2016 | Saat: 15:50:00 | E-mail | Çapa göndər


Xaçmaz rayonunun Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Prezidentinin sərəncamı ilə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti tərəfindən işlərə başlanılıb.ASC-dən verilən məlumata görə, uzun müddətdir əsaslı təmir olunmadığı üçün hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə olan və nəticədə avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklərin olduğu yolun uzunluğu 23 km, mövcud eni 6-7 m-dir.Tikinti işləri çərçivəsində yol III texniki dərəcəyə uyğun olaraq 7-8 m-ə qədər genişləndirilir. Yol yatağının eni isə 12 metr təşkil edəcək.2 hərəkət zolaqlı yolun hər iki istiqaməti üzrə çiyinlər tikilərək bərkidiləcək, yaşayış məntəqələrindən keçən hissədə isə vətəndaşların normal və təhlükəsiz hərəkəti üçün piyada səkiləri yaradılacaq. Bundan başqa avtomobil yolunun alt hissəsindən suların ötürülməsi üçün nəzərdə tutulan mövcud boruların hamısı bərpa olunacaq.Bütün işlər "Azəravtoyol" ASC-n in rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılır. Tikinti işləri yekunlaşandan sonra yolun zəruri olan yerlərinə yol nişanları quraşdırılacaq, yol cizgi və yol göstərici xətlərin çəkilişi işləri aparılacaq.18 yaşayış məntəqəsini birləşdirən Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisi ilə 28 min nəfər əhalinin gediş-gəlişi xeyli asanlaşacaq, insanların kənd təsərrüfatı məhsullarını sahələrdə birbaşa olaraq bazarlara rahat çatdırması mümkün olacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Neftin qiyməti 100 dollara yüksələcək
24.09.2018
Nazir: “Azərbaycan aqrar sahənin inkişafı üçün müvafiq strategiya hazırlayıb”
24.09.2018
Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib
24.09.2018
TAP-ın Yunanıstan və Albaniya marşrutunda boruların 97 faizi qaynaqlanıb
24.09.2018
Yanvar-avqust aylarında sərnişin daşınmasında 1,3 faiz artım olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info