Fransa iş adamları Böyükşor gölündəki işlərlə tanış olublar
Tarix: 13.05.2016 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


Bakıda səfərdə olan Fransa iş adamları heyətinin rəhbəri Böyükşor gölündə olaraq "Təmiz Şəhər" ASC-nin gördüyü işlərlə tanış olub. ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, "MEDEF International" təşkilatının Fransa-Azərbaycan Şirkət Rəhbərləri Şurasının prezidenti və "SUEZ Environnement" şirkətinin direktor müavini xanım Mari-Anj Döbon Bakıda Böyükşor gölündə olaraq gölün kompleks bərpası layihəsi çərçivəsində görülmüş işlərlə əyani tanış olub və layihənin gələcək planları barədə məlumat alıb."Təmiz Şəhər" ASC ilə "SUEZ Environnement" şirkəti arasında bağlanmış müqaviləyə əsasən şirkət Böyükşor gölünün bərpası layihəsi çərçivəsində Balaxanı sahillərinin və neftlə çirklənmiş torpaqların təmizlənməsi, təmizlənmiş torpaqların yenidən istifadəsi üzrə texniki-iqtisadi əsaslandırma, ilkin layihələndirmə və ətraf mühitə təsirinin qiymətləndirilməsi üzrə məsləhət xidmətlərini həyata keçirəcək.Bakıda səfərdə olan 40 nəfərlik Fransa nümayəndə heyətinin rəhbəri M.Dübon "Təmiz Şəhər" ASC-nin İdarə heyətinin sədri Zakir İbrahimovla görüşərək tərəflərin əməkdaşlıq perspektivlərini müzakirə edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Dövlət Gömrük Komitəsi 3 istiqamətdə islahatlar aparır
25.09.2018
Yaxın gələcəkdə Ticarətin Asanlaşdırılması Mərkəzi istifadəyə veriləcək
25.09.2018
Birinci vitse-prezident Mehriban Əliyeva İtaliyaya rəsmi səfərə gedib
25.09.2018
Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş olub
25.09.2018
Prezident Bolqarıstan nümayəndə heyətini qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info