“AtaBank”dan “Nağdsız ödə, nağd qazan“ kampaniyası başlayır
Tarix: 04.03.2013 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Kampaniyada maksimal məbləği 1000 manat olmaqla minlərlə uduşlar var

"Ata Bank" ASC-nin "Nağdsız ödə, nağd qazan" ani stimullaşdırıcı lotereya kampaniyasının 2-ci mərhələsinə start verməsi bağlı “Excelsior Hotel Baku” otelində mətbuat konfransı keçirildi. Mətbuat konfransında “AtaBank” İdarə Heyətinin sədr müavini Etibar Babaşlı, sədr müavini Dəyanət Quliyev və “AtaHoldinq” İdarə Heyətinin sədr müavini Rəşad Əliyev iştirak etdilər. “AtaBank” ASC İdarə Heyətinin sədr müavini Etibar Babaşlı bankın yeni kampaniyası ilə bağlı bildirdi: "AtaBank ASC "Nağdsız ödə, nağd qazan" ani stimullaşdırıcı lotereya kampaniyasının 2-ci mərhələsinə 01mart 2013-cü il tarixindən start verir. Lotereya 01 mart 2013-ci il tarixindən 31 dekabr 2013-ci il tarixinədək davam edəcək. Lotereyada "AtaBank" ASC tərəfindən ticarət, ictimai-iaşə və ya xidmət obyektlərində quraşdırılmış pos-terminallar vasitəsilə Azərbaycanda fəaliyyət göstərən istənilən bank tərəfindən emissiya edilən ödəniş kartları ilə nağdsız əməliyyatlar aparan fiziki şəxslər iştirak edə bilərlər”.
Ani stimullaşdırıcı lotereyada təqvim ayı ərzində ümumilikdə 20 manat məbləğində əməliyyatlar aparan kart istifadəçiləri iştirak hüququ əldə edirlər. Kampaniyada iştirak etmək üçün lotereya kuponlarını əldə etmək lazımdır. Ani stimullaşdırıcı lotereya kuponlarının əldə edilməsi üçün ödəniş kart istifadəçisi təqvim ayı ərzində "AtaBank"ın pos-terminallar şəbəkəsində, nağdsız aparılmış əməliyyatlar üzrə çekləri toplayaraq bankın istənilən filial və ya şöbəsinə müraciət etməlidir. Ödəniş kart istifadəçisi təqdim edəcəyi hər 20 manat məbləğində olan çeklər üçün bir ani stimullaşdırıcı lotereya kuponu əldə edir.
Qeyd edək ki, kampaniyada maksimal məbləği 1000 manat olmaqla minlərlə uduşlar var. Əlavə edək ki, kampaniyanın keçirilməsində məqsəd ölkədə nağdsız ödənişlərin stimullaşdırılması sahəsində aparılan tədbirləri sürətləndirməkdir. Hazırda “AtaBank”ın pos-terminallarının sayı 10 000-ə yaxındır. Ani stimullaşdırıcı lotereyanın şərtləri və qaliblər haqqında məlumatlar mütəmadi olaraq “www.atabank.com” internet səhifəsində, sosial şəbəkələrdə (www.facebook.com/ AtaBank,twitter.com/AtaBank_ASC) və kütləvi informasiya vasitələrində işiqlandırılacaq.
İLKIN




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Yeddi ayda 5 min tonadək süd idxal edilib
17.08.2019
Yeddi ayda 189 min tonadək meyvə-tərəvəz idxal olunub
17.08.2019
“Azeri Light”ın bir barrelinin qiyməti 62 dollara çatır
17.08.2019
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
16.08.2019
Qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri 37,6 milyon dollar olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info