Atəş altında əkin-səpin: Tərtərdə yaz-tarla işləri səngimir
Tarix: 13.05.2016 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


Düşmənin atəşkəsi pozmasına, yaşayış məntəqələrini artilleriya atəşinə tutmasına baxmayaraq, Tərtər rayonunda yaz-tarla işləri səngimir. Kəndlilər, torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq göstərirlər.Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, torpaq mülkiyyətçiləri 5 min 541 hektar sahədə yazlıq səpin həyata keçiriblər. Bunun 188 hektarı dənli və dənli paxlalılar, 142 hektarı qarğıdalı, 942 hektarı çoxillik otlar, 954 hektarı pambıq, 886 hektarı günəbaxan, 1066 hektarı şəkər çuğunduru, 534 hektarı kartof, 829 hektarı tərəvəz və digər bitkiləridir. Bu ilin yazlıq əkin sahələri keçən ilin müvafiq dövrünə nisbətən 6,6 faiz artırılıb.
Prezidentin tapşırığına əsasən pambıqçılığın inkişafı ilə bağlı yaradılan imkanlardan istifadə edən tərtərli fermerlər pambıq əkinlərini iki dəfədən çox artırıblar. Əgər ötən il Tərtərdə 448 hektarda pambıq əkilmişdirsə, bu il 954 hektar sahədə əkin aparılıb.




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Sabah Azərbaycanda 38 dərəcəyə qədər isti olacaq
16.06.2019
Ağdamda şəhid Səyyaf Məmmədovun xatirəsi anılıb
15.06.2019
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix
15.06.2019
Birinci vitse-prezident Mehriban Əliyeva: Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir
15.06.2019
“Azərxalça”nın filiallarında Milli Qurtuluş Günü qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info