Metsamorun bağlanması ilə bağlı imzatoplama kampaniyası keçirilir
Tarix: 13.05.2016 | Saat: 17:39:00 | E-mail | Çapa göndər


Ermənistan Respublikasında yerləşən Metsamor Atom Elektrik Stansiyası Cənubi Qafqaz, Orta Asiya, Xəzər və Qara dəniz ölkələri üçün ciddi təhlükə mənbəyinə çevrilib. İstismar müddəti bitmiş, uzun illərdir heç bir yenilənmə işləri aparılmayan Metsamor AES-də qəza baş verəcəyi təqdirdə Ermənistanın özü də daxil olmaqla geniş coğrafiyada yerləşən bir çox ölkə nüvə qəzasının yaratdığı digər fəsadlarla üz-üzə qalacaqdır. Artıq uzun illərdir region ölkələri, Avropa İttifaqı və bir çox beynəlxalq təşkilat Metsamor AES-in yaratdığı təhlükə ilə bağlı həyəcan təbili çalır, milyonlarla insanın həyatını təhdid edən bu halın aradan qaldırılması üçün tədbir görülməsini tələb edirlər. Bundan başqa, Ermənistanda AES-in mövcudluğu nüvə materialları qaçaqmalçılığı ilə məşğul olan transmilli cinayətkar qrupların regiona diqqətini artırır, onların işğal altında Azərbaycan ərazilərində sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradır. Ermənilərin nüvə qaçaqmalçılığı ilə məşğul olması, radioaktiv materialları ölkədən çıxararaq satmaq cəhdlərinə dair çoxsaylı faktlar mövcuddur. Belə materialların “İŞİD” və Ə-Qaidə kimi terror qruplaşmalarının əlinə düşəcəyi təqdirdə nəyin baş verəcəyini təsəvvür etmək heç də çitin deyil. Bütün bu təhdidlərin qarşısının alınmasını və regionun təhlükədən qorunmasını təmin etmək məqsədilə “Stop Metsamor” kampaniyasına başlanılıb. Bu məqsədlə bir qrup bloqqer change.org saytında Metsamor AES-in bağlanmasını tələb edən “Stop Metsamor!” petisiyası üzrə imza toplanmasına start verib:
Əlavə olaraq sosial şəbəkələrdə - “Facebook” və “Twitter”də Metsamor “Stop Metsamor!” kampaniyasının xüsusi səhifələr yaradılıb.
Fəallar beynəlxalq ictimaiyyəti Metsamor AES-in yaratdığı təhlükəyə biganə qalmamağa və həyata keçirilən kampaniyanı dəstəkləməyə çağırırlar.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info