Misirdə vəziyyət yenidən gərginləşib
Tarix: 04.03.2013 | Saat: 17:58:00 | E-mail | Çapa göndər


Dünən Misirin Port Səid və Qahirə şəhərlərində kütləvi zorakılıqlar yenidən baş qaldırıb. Yeni etiraz dalğasının 2-ci həftəsində etirazçılar küçədəki maşınları yandıraraq, polis məntəqəsini daş atəşinə tutublar. Qeyd edək ki, etirazçıları hiddətləndirən yanvar ayı nümayişləri zamanı 40 dinc sakinin qətli ilə bağlı cinayətin bu vaxta kimi cəzasız qalması olub. Ölüm hadisələri Qahirə məhkəməsinin 21 futbol azarkeşi barəsində çıxardığı ölüm cəzası hökmündən sonra baş qaldıran etirazlar zamanı baş verib.
Bu arada Qahirədə, asayiş keşikçiləri Təhrir meydanını etirazçılardan təmizləyə bilməyib. Son 3 ay ərzində ölkənin əsas meydanında oturaq aksiya keçirən etirazçılar dünən məşhur Misir Muzeyi qarşısında 2 avtomobili yandırıblar. Oturaq aksiya, appelyasiya məhkəməsinin keçmiş prezident Hüsnü Mübarəkə qarşı ömürlük həbs cəzası qərarını rədd etməsindən sonra başlayıb. Yanvar ayında, məhkəmənin cinayət işinə təkrar olaraq baxılmasına qərar çıxarması, ölkədə böyük ictimai narazılığa səbəb olub. Hüsnü Mübarəkin rəqibləri onun 2011-ci ilin 18 günlük etirazları zamanı izdihamın vəhşicəsinə yatırılmasına göstəriş verdiyini iddia edirlər. Həmin vaxt 900-ə yaxın insanın həlak olduğu bildirilir.

N.ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info