“Azərbaycan Ermənistanın bütün təxribatlarına cavab verəcək”
Tarix: 13.05.2016 | Saat: 18:23:00 | E-mail | Çapa göndər


"Artıq dünya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin region üçün ən böyük təhlükə törətdiyini vurğulayır. Artıq bu münaqişənin həllinin vacibliyi vurğulanır". Bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova bu gün Milli Məclisdə keçirilən "Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn problemləri" adlı dinləmələrdə deyib.B.Muradova bildirib ki, belə bir məqamda Ermənistanın təmas xəttində törətdiyi hadisələr hamıya bəllidir: "Ermənistan tərəfi ardıcıl olaraq məqsədyönlü şəkildə Azərbaycanı və ölkəmizi dəstəkləyən dövlətləri provokasiyaya çəkmək, yenidən təcavüskar siyasətə davam etmək istiqamətində addımlar atır və Azərbaycan ərazisində erməni hərbçilərinin iştirakı ilə təlimlər keçirilir".Vitse-spiker deyib ki, Ermənistanın işğal etdiyi ərazilərimizdə Azərbaycanın mədəni abidələri dağıdılır, Azərbaycanın izləri silinir: "Aprel ayında başlayan, Ermənistan tərəfinin törətdiyi cinayətkar əməllər nəticəsində insanlar öldü, insanların mülkiyyətinə ziyan dəydi. Azərbaycan Ordusu bu hücumların qarşısını almaq üçün əks-hücuma keçdi, bir sıra mövqelər geri alındı və Azərbaycan ərazilərin bir hissəsinə nəzarəti geri qaytardı".B.Muradova qeyd edib ki, Ermənistan ordusu haqqında yaradılmış mif dağıldı, Ermənistan hakimiyyəti üçün arzuolunmaz proseslər başladı və Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin heç kimə lazım olmaması ilə bağlı fikirlər səsləndi: "Bu onu göstərir ki, münaqişə həll olunmalıdır. Münaqişə Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərin həyatını da məhv etdi. Dağlıq Qarabağ ərazisində yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Biz onların da problemlərini həll etməliyik, onları Ermənistan rəhbərliyinin girovluğundan azad etməliyik, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını təmin etməliyik. Azərbaycan Ermənistanın bütün təxribatlarına cavab verəcək və buna da qadirdir".
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info