Gömrük rüsumlarını ödəməkdən yayınma cəhdlərinin qarşısı alınıb
Tarix: 13.05.2016 | Saat: 18:23:00 | E-mail | Çapa göndər


Mayın 13-də kommersiya məqsədilə mütəmadi olaraq Gürcüstana səyahət edən həmsərhəd rayonların bir qrup sakini Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda özləri ilə gətirdikləri şəxsi istehlak miqdarından artıq uşaq bezləri, yuyucu vasitələr və ərzaq məhsulları üçün qanunvericiliklə müəyyən olunan gömrük vergi və rüsumlarını ödəməkdən imtina edib.Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, gömrükçülər tərəfindən onlara dəfələrlə qanunvericiliyin tələbləri izah olunsa da həmin şəxslər özləri ilə gətirdikləri məhsulları dövlət büdcəsinə çatacaq olan ödəmələri həyata keçirmədən gömrük sərhədindən keçirməyə çalışıblar. Vəzifə borcunu yerinə yetirərək onların bu hərəkətinin qarşısını almaq istəyən gömrükçüləri nalayiq ifadələrlə təhqir edən həmin şəxslər “Sınıq Körpü” gömrük keçid məntəqəsinin giriş və çıxışlarını bağlamağa cəhd göstərərək gömrük postunun fəaliyyətinə də mane olmağa çalışıblar.Tovuz Gömrük İdarəsinin rəhbərliyi asayişin bərpa olunması üçün ərazidəki polis şöbəsinə müraciət edib. Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlərdən sonra gömrük postunun ərazisində asayiş tam bərpa olunub.
Hazırda “Sınıq Körpü” gömrük postu normal iş rejimində fəaliyyət göstərir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info