Ötən ay ermənilərin törətdiyi cinayətlərlə bağlı Avropa Məhkəməsinə ərizələr göndərilib
Tarix: 13.05.2016 | Saat: 19:27:00 | E-mail | Çapa göndər


“Aprel ayında erməni silahlı birləşmələrinin cəbhə xəttində törətdiyi cinayətlərlə bağlı artıq Avropa İnsan Haqları Məhkəməsinə ərizələr göndərilib”. Bunu Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov bu gün Milli Məclisdə keçirilən "Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn probemləri" adlı dinləmərdə deyib.Onun sözlərinə görə, Avropa Məhkəməsinə artıq 2 şikayət göndərilib: "Avropa Məhkəməsi bu şikayətlərə baxmağa qərar verib".PA rəsmisi qeyd edib ki, vətəndaşlar baş verən cinayətlərlə bağlı ərizələrlə müraciət edib: "Avropa Məhkəməsinə ərizələr vəkillər tərəfindən göndərilməlidir. Yaxın vaxtlarda bu şikayətlərlə bağlı kommunikasiya başlansa, Azərbaycan tərəfi müvafiq addımlar atacaq".Ç.Əsgərov vəkillərdən əldə etdiyi məlumatlara əsasən bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış evlərlə bağlı da Avropa Məhkəməsinə müraciətlər yaxın vaxtlarda göndəriləcək: "İnsanlar dəymiş ziyana, evlərinin dağılmasına görə Avropa Məhkəməsinə müraciət etməlidirlər, çünki Avropa Konvensiyasına görə onların hüquqları pozulub. Mən onları Avropa Məhkəməsinə müraciətlə bağlı ərizələr hazırlamağa dəvət edirəm".
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info