“Azərbaycanın qələbəsinin yaxın vaxtlarda olacağına inanıram”
Tarix: 13.05.2016 | Saat: 19:29:00 | E-mail | Çapa göndər


“Azərbaycan siyasi-diplomatik fəaliyyətində beynəlxalq hüququn normalarından yararlanır”. 
Bunu bu gün Milli Məclisdə “Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn problemləri” mövzusunda keçirilən dinləmələr zamanı xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.  O deyib ki, “Dağlıq Qarabağ Respublikasının Silahlı Qüvvələri” yoxdur: “Bu anlayışı Ermənistan və havadarları yaratmağa çalışırlar. Azərbaycan torpaqlarını azad etmək üçün bütün imkanlara, hüquqa malikdir. Beynəlxalq birlik münaqişənin sülh yolu ilə həllindən başqa alternativi olmadığını bəyan edir. Azərbaycan da münaqişənin sülh yolu ilə həllinə üstünlük verir. Acı təcrübə göstərir i, biz bu səyləri artırmalıyıq və beynəlxalq birliyi Ermənistanı sülhə vadar etməyə nail olmalıyıq. Ermənistan buna vadar edilməsə, məsələnin sülh yolu ilə həlli mümkün deyil. Azərbaycanın gərgin fəaliyyəti nəticəsində beynəlxalq ictimaiyyət bunu dərk edir. Azərbaycan xalqı “nə müharibə, nə sülh” şəraitində yaşamaq istəmir. İqtisadi uğurlarımız və ordu quruculuğumuzun bu münaqişənin həllinə imkan verəcəyinə inanırıq. Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək”. 
X. Xəlfov QHT-lərin fəaliyyətinə də toxunub: “Paradoksal hal yaranıb, bizim QHT beynəlxalq təşkilatlara ancaq mənfi halları təqdim edir. QHT bu prosesdə proqressiv mövqe ortaya qoymalıdır. Xarici İşlər Nazirliyi kimi beynəlxalq təşkilatlarla və QHT-lə dialoq qurmağa çalışırıq. Azərbaycan cəmiyyəti beynəlxalq birliyə nə qədər çox inteqrasiya edərsə, bu, dövlətimizin gücünü daha çox artırar”.
X. Xələfov təcavüz faktına görə cinayət işinin başlanması ilə bağlı müddəanın Cinayət Məcəlləsində əksini tapmasını da zəruri sayıb: “Azərbaycanın qələbəsinin yaxın vaxtlarda olacağına inanıram”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ABŞ: Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizədə Birləşmiş Ştatların güclü tərəfdaşı olub
20.09.2018
Bolqarıstan Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə böyük maraq göstərir
20.09.2018
DTX erməni daşnak qüvvələrinin terror əməllərini sübut edən arxiv materiallarını yaydı
20.09.2018
NATO Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini yenidən vurğulayıb
20.09.2018
ATƏT-in Parlament Assambleyasının sədri Azərbaycanda səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info