ABŞ-ın Energetika Nazirliyi: ”Neftin qiyməti 141- 252 dollar arasında olacaq”
Tarix: 13.05.2016 | Saat: 20:10:00 | E-mail | Çapa göndər


ABŞ-ın Energetika Nazirliyinin mütəxəssisləri 2040-cı ildə neftin 1 barelinin 141-252 dollara qədər qalxacağını proqnozlaşdırırlar. Ölkənin Enerji Departamentinin mütəxəssisləri 2040-cı ildə enerji bazarları üçün yenilənmiş proqnoz dərc ediblər. Departpament mütəxəssilərinin məlumatına görə, 2011-ci ildə 115 dollara satılan neftin 2015-ci ildə 50 dollara qədər enməsi nisbi xarakter daşıyır. Gələcəkdə neftin əvvəlki qiyməti yenidən bərpa olunacaq.
KİV-lərin məlumatına görə, 2040-ci ildə neftin orta qiyməti bir barel üçün 141dollar təşkil edəcək. Bu gün neftin gündəlik istehlakı 2012-ci illə müqayisədə artaraq 31 milyon barel olub. Nazirlik nümayəndələrinin proqnozlarına görə, 2040-cı ilə qədər istehlakdakı artım 14 faiz təşkil edəcək. Hesabatda verilən proqnozlara görə, neftə tələbatda ciddi bir artım olmasına əsas arqument əhali artımı və bununla yanaşı, onların gəlirlərinin də çoxalması əsas rol oynayacaq. Bu, daha çox inkişaf etməkdə olan ölkələrdə özünü bariz şəkildə büruzə verəcək.
2015-ci ildən başlayaraq hər il dünyada neft hasilatının təxminən 1 milyon barel artacağı proqnozlaşdırılır. Amerikalı mütəxəssislərə görə, qarşıdakı 25 ildə yalnız neft dünyanın aparıcı enerji mənbəyi rolunu oynayaycaq.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
4 ölkə OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinə üzv seçilib
18.03.2019
“Azərxalça”nın Goranboy və Tərtər filiallarında ilk xalçalar kəsilib
18.03.2019
Enterprise Azerbaijanın növbəti startap təlimi Azərbaycan Universitetində keçirilib
18.03.2019
Binədə 2 küçə təmir edilib
18.03.2019
İnam Kərimov: “Qarşımıza qoyulan vəzifə məhsuldarlığın artırılmasına nail olmaqdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info