“Ağır gündə İran xalqı hər zaman Azərbaycan xalqının yanındadır”
Tarix: 13.05.2016 | Saat: 20:31:00 | E-mail | Çapa göndər


“Azərbaycanda dövlət və din məsələləri yüksək səviyyədədir. Amma buna baxmayaraq bəzi çətinliklərimiz də var. Bəzi qüvvələr istəyir ki, Azərbaycanı qarışdırsın, məzhəb ayrılığı salsın”. 
Bunu Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Şeyxülislam Hacı Allahşükür Paşazadə İslami Əlaqələr və Mədəniyyət Təşkilatının sədri Abuzər İbrahimi Türkmanla görüşündə deyib.
O bildirib ki, Azərbaycanda həm sünni,  həm şiə məzhəbi mövcuddur. Ölkəmizdə sünnilərlə şiələr bir yerdə namaz qılır, sülh əmin-amanlıq şəraitində yaşayır. Hacı Allahşükür Paşazadə qeyd edib ki, bu hal heç bir ölkədə yoxdur.  
Şeyx görüşdə İran-Azərbaycan münasibətlərinə də toxunub. O bildirib ki, son vaxtlar iki ölkə arasında münasibətlərə kölgə salmaq istəyən qüvvələr var: “Biz çalışırıq ki, o qüvvələrə mane olaq. Azərbaycan və İran arasında münasibətlər yüksək səviyyədə inkişaf edir. Bu yaxınlarda Prezident İlham Əliyevin İrana səfəri bunun ən yüksək səviyyədə olduğunu bir daha sübuta yetirdi.  Bu qardaşlığın və dostluğun göstəricisidir”. 
Şeyxülislam görüşdə Dağlıq Qarabağ probleminə də diqqət çəkib. O bildirib ki, bu problem Azərbaycanın ən böyük dərdidir: “Qarabağda dini məbədlər işğal altındadır. Biz sülhə ümid edirik, sülh istəyirik. Azərbaycan tərəfi aprel ayında erməni hərbi birləşmələrinin cəbhə xəttində törətdiyi təxribatın qarşısını alarkən ərazilərimizin bir hissəsini erməni işğalından azad edib. Bu prosesdə İran bizim səsimizə səs verib, bizə dəstək olub. Ağır gündə İran xalqı hər zaman Azərbaycan xalqının yanındadır. Mən öz adımdan İran rəhbərliyinə təşəkkür edirəm. İki dövlət rəhbərinin bir-birinə olan qardaşlıq münasibəti böyük rol oynayır. Allaha dua edirəm ki, bu xoş münasibətlər, qardaşlıq davam etsin”.
A. İbrahimi Türkman isə Azərbaycanla İran arasındakı əlaqələrin qədim tarixə söykəndiyini diqqətə çatdırıb. O qeyd edib ki, iki ölkə arasında münasibətlər inkişaf edir: “Mən səfərdə olarkən Azərbaycanda bütün sahələrdə inkişafın şahidi oldum. Azərbaycan-İran münasibətlərinə mane olmaq istəyən qüvvələr istəsə də, buna nail ola bilməzlər”.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Azərmarka” Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş müsabiqə elan edib
20.02.2019
Aqrar İnkişaf Könüllüləri aqrar jurnalistika ilə bağlı layihənin icrasına başlayıb
20.02.2019
Körpəyə vitamin vermək olar?
20.02.2019
“Cəmiyyətin səsi” layihəsinin I mərhələsi başa çatıb
20.02.2019
Min bir dərdin dərmanı - yaşıl çay

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info