Yeni iqtisadi inkişaf modeli çərçivəsində aparılan islahatlar əsaslı yüksəlişə gətirib çıxaracaq
Tarix: 13.05.2016 | Saat: 20:32:00 | E-mail | Çapa göndər


Yeni iqtisadi inkişaf modeli çərçivəsində aparılan islahatlar cari ildə qeyri-neft sektorunda kifayət qədər pozitiv nəticələrin, 2017-2018-ci illərdə isə əsaslı yüksəlişin əldə olunmasına gətirib çıxaracaq.
Bunu “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib.
İqtisadçı-alım hesab edir ki, dünya bazarlarında neftin qiymətlərinin kəskin aşağı düşməsinə Azərbaycan hökumətinin cavabı kifayət qədər tutarlı oldu. Hökumət indiyə qədər qazanılmış iqtisadi uğurları neft amili olmadan da eyni qaydada davam etdirmək iqtidarında olduğunu hər kəsə göstərə bildi. Bir sözlə, yaranmış vəziyyətdə, real sektorun sürətli inkişafını təmin edə biləcək yeni bir islahat modeli ortaya qoyuldu. Bu yol çətin bir yoldur, lakin o, ölkə iqtisadiyyatının tam dayanaqlı olmasına aparan doğru bir seçimdir. Yeni iqtisadi islahat modeli kifayət qədər geniş əhatəlidir. Orada iqtisadiyyatın bütün sahələrinin maneəsiz inkişafına tam münbit bir şərait yaradılması nəzərdə tutulub.
Yeni iqtisadi islahat modelinin reallaşdırılmasını nəzərdə tutan və keçən ilin son aylarından başlayaraq ardıcıl şəkildə qəbul olunan qərarlar, artıq öz bəhrəsini verməyə başlayıb. Bu gün hökumət qeyri-neft sənayesinin, aqrar sahənin, nəqliyyat və tikinti sektorunun, turizmin inkişafına geniş bir meydan açan qərarlarla yanaşı, hər bir sahənin inkişafı qarşısında maneə ola biləcək bütün neqativ məqamların da aradan qaldırılması istiqamətində çox qətiyyətli addımlar atır. İllərlə kök salmış inhisarçılığın ləğvi, rüşvət və korrupsiyaya qarşı - “heç kim toxunulmaz ola bilməz” devizi ilə aparılan mübarızə, artıq öz bəhrəsini verməyə başlayıb. Zaman-zaman şəhərə qazanc dalınca gəlmiş kəndli, indi geriyə - kəndə üz tutub. Çünki o, artıq dövlətinin ona maneəsiz bir fəaliyyət meydanı açdığını görür. Biznes üçün yaradılan maneəsiz meydan ölkəmizə xarici iş adamlarının da marağını kifayət qədər artırıb. Belə münbit şərait, bundan sonra xarici investisiyaların daha böyük axınını təmin edəcək. Bu gün xarici iş adamı Azərbaycanda təkcə neft-qaz sektoruna deyil, real sektora investisiyalar yatırmağa tam maraqlıdır. Dövlətin apardığı islahatlar bu investisiyaları daha da cəlbedici edə bildi.
Mayın 11-də Fransa Sahibkarlar Təşkilatının - MEDEF-in nümayəndə heyəti ilə görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi “biz artıq neftdən sonrakı dövrə qədəm qoymuşuq”, “öz iqtisadi strategiyamızı elə formalaşdırmalıyıq ki, sanki bizdə neft və qaz yoxdur” kimi fikirləri xarici investorları qeyri-neft sektoruna daha çox sərmayə yatırmağa çağırış idi. Artıq bu sektora sərmayələr qoymaqda maraqlı olduqlarını bildirən tək Fransız iş adamları deyil. Son zamanlar başqa inkişaf etmiş ölkələrin də iş adamları Azərbaycanda real sektora kifayət qədər investisiyalar yatırtmaq istəklərini bəyan ediblər. Bu isə bütövlükdə çox yaxşı haldır. Çünki ölkə iqtisadiyyatının real sektorunun sürətli inkişafının təmin edilməsində xarici sərmayələrin rolu kifayət qədər böyük olacaq. Bir sözlə, yeni iqtisadi inkişaf modeli çərçivəsində aparılan islahatlar cari ildə qeyri-neft sektorunda kifayət qədər pozitiv nəticələrin, 2017-2018-ci illərdə isə əsaslı yüksəlişin əldə olunmasına gətirib çıxaracaq.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info