Bundestaqda Ermənistan təxribatları ilə bağlı müzakirələr olub
Tarix: 13.05.2016 | Saat: 20:38:00 | E-mail | Çapa göndər


Almaniyanın Berlin şəhərində səfərdə olan Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rövşən Rzayev və deputat Rasim Musabəyov dünən və bu gün bir sıra görüşlər keçiriblər.ATƏT PA-dakı alman nümayəndə heyətinin sədrinin müavini ilə görüş zamanı Azərbaycanın ərazi bütövlüyü məsələsi ətrafında müzakirələr aparılıb. Qeyd edilib ki, işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsi istiqamətində sülh danışıqları davam etdiyi vaxtda Ermənistan tərəfi buna məhəl qoymur və dinc sakinləri atəşə tutur.
AFR Bundestaqının Cənubi Qafqaz Dostluq Qrupunun sədri, qrupun xarici siyasət, müdafiə və Aİ məsələləri üzrə sözçüsü və digər üzvləri ilə görüş zamanı millət vəkillərimiz Cənubi Qafqazda təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Xüsusilə, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın regionda əsas təhlükə mənbəyi olduğu görüş iştirakçılarının diqqətinə çatdırılıb. Görüşdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son vaxtlar baş verən hadisələr, erməni tərəfinin təxribatları barədə geniş məlumat verilib.
Nümayəndə heyətimiz Almaniya Bundestaqının Seçkiyə Nəzarət, İmmunitet və İntizam Komitəsinin sədri, Xarici Əlaqələr Komitəsinin və Ağsaqqallar Şurasının üzvləri, AŞPA-dakı alman nümayəndə heyəti ilə görüşlərdə Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirdiyi siyasətin sülhsevər olduğunu vurğulayıblar.
Almaniya Bundestaqının Avropa İttifaqı məsələləri üzrə Komitəsinin sədr müavini, İqtisadi əməkdaşlıq və inkişaf komitəsinin üzvləri, SPD (Sosial Demokratlar Partiyası) fraksiyasından olan deputatlarla görüş zamanı millət vəkillərimiz münasibətlərin ikitərəfli inkişafının perspektivləri və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.Bu gün millət vəkillərimiz AFR Bundestaqdakı İqtisadiyyat və Enerji Komitəsinin üzvləri, Yaşıllar (Die Grünen/ Bündnis 90) partiyasının xarici siyasət məsələləri üzrə sözçüsü həmçinin Almaniya XİN-nin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi tapşırıqlar üzrə səfiri ilə görüşüblər.
Keçirilən görüşlərdə deputatlarımız Ermənistanın beynəlxalq konvensiyaları pozaraq, ölkəmizə qarşı qadağan olunmuş kimyəvi silahdan istifadə etdiyini bildirib, faktı təsdiqləyən lazımı sənədləri təqdim ediblər.Millət vəkillərimiz Humboldt-Berlin Universitetində fəaliyyət göstərən "Azərbaycan Tarixi" kafedrasını ziyarət ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
“The Washington Times“: Müstəqil Azərbaycan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir
19.01.2019
Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info