Poltavada Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfrans keçirilib
Tarix: 13.05.2016 | Saat: 20:39:00 | E-mail | Çapa göndər


Poltava İqtisadiyyat və Ticarət Universitetində (PİTU) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş beynəlxalq elmi konfrans keçirilib.PİTU-nun elmi işlər üzrə prorektoru, professor Sergey Qarkuşa konfransı açaraq Heydər Əliyevin dünya tarixinə XX əsrin görkəmli dövlət və siyasi xadimi kimi daxil olmasını vurğulayıb və onu dünya miqyasında lider kimi səciyyələndirib.Universitetin rektoru, professor Aleksey Nestulya “H.Ə.Əliyev xarizmasının tədqiqinin metodoloji aspektləri” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycan xalqının ümummilli liderinin xarizmatik xarakterindən danışan rektor qeyd edib ki, sovet quruluşunun dağılmasından sonra yaranmış çətin dövrdə Heydər Əliyevin hakimiyyətə qayıtması Azərbaycan xalqı və dövlətçiliyi üçün həqiqi qurtuluş olub.Universitetdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət-Təhsil Mərkəzinin direktoru, fəlsəfə doktoru Yaşar Alxasovun məruzəsi Ulu Öndər Heydər Əliyevin Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin inkişafındakı roluna həsr olunub. O qeyd edib ki, müdrik siyasətçi Heydər Əliyev hələ 90-cı illərin əvvəlində Azərbaycan dilinin, mədəniyyətinin və tarixinin öyrənilməsini və təbliğini nəzərdə tutan azərbaycançılıq ideyasını irəli sürüb.Poltavada “Azərbaycan multikulturalizmi” fənini öyrənən, Bakıda Beynəlxalq Multikulturalizm qış məktəbinin iştirakçısı olmuş tələbə Marina Neqoda “Azərbaycan tolerantlıq və multikulturalizm vadisidir” mövzusunda məruzə ilə çıxış edib və ölkəmiz haqqında təəssüratlarını bölüşüb.Sonra professor İrina Petrenko və Səfər Səfərlinin Heydər Əliyevin müasir Azərbaycanın memarı və qurucusu olması barədə, professor Yelena Çernyavskaya və Ramiz Nəzərovun iki ölkənin pensiya sistemi, dosent İnna Paxomovanın və Mirsadıq Bəşirovun Azərbaycanda qastronomik turizmin inkişaf yolları haqqında məruzələri dinlənilib. PİTU-nun magistrantı Bahadur Qulamovun məruzəsində gələcək iqtisadçıların peşəkar nitqinin inkişafında Ukrayna-Azərbaycan terminoloji lüğətinin rolundan bəhs olunub.
Sonda tədbir iştirakçıları Azərbaycan Mədəniyyət-Təhsil Mərkəzində nümayiş etdirilən “Heydər Əliyev Ukrayna ədəbiyyatında və mətbuatında” mövzusunda sərgi ilə tanış olublar.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Ermənistanda hər gün cinayətkarlıq artır
23.01.2019
Türkiyə Prezidenti Rusiyada səfərdədir
23.01.2019
Qazaxıstan Respublikasının adı dəyişir
22.01.2019
Paşinyanın inqilabdan sonra Qərbdən maliyyənin sel kimi axacağı xəyalı puç oldu
22.01.2019
Ermənistanda bir ildə korrupsiya ilə bağlı 8 mindən çox fakt qeydə alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info