Bölgələrdə autizm sindromlu uşaqlarla işləyəcək mütəxəssislər hazırlanır
Tarix: 13.05.2016 | Saat: 21:28:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun “Regional  İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə bölgələr üzrə autizm sindromlu uşaqların müalicəsi, onlarla işləyəcək mütəxəssislərin hazırlanması istiqamətində layihə həyata keçirilib.
Birlikdən verilən məlumata görə, Bakı şəhərində keçirilən təlim kursu RİİB-ə Lənkərandan daxil olan müraciətlər əsasında təşkil olunub.
Təlimləri Səhiyyə Nazirliyinin mütəxəssisləri aparıb. Layihədə Lənkəran rayonunda təhsil sahəsində çalışan şəxslərdən və autizm sindromlu uşaqların valideynlərindən ibarət könüllülər iştirak edib. İştirakçılara autizm sindromlu uşaqlarla ev şəraitində iş, art-terapiya, dram-terapiya, musiqi-terapiya və s. sahələrdə nəzəri, praktik təlimlər keçirilib. Təlimlər uşaq psixoloqu ilə yanaşı, loqoped-defektoloq, həkim-nevropatoloqun birgə iştirakı ilə aparılıb.
Layihə həmçinin autizm sindromlu uşaqların cəmiyyətə inteqrasiyası, onların valideynlərinə psixoloji hazırlıq baxımından dəstək, insanların diqqətini bu sosial məsələyə yönəltmək məqsədi daşıyıb.
Kursu bitirmiş könüllülər RİİB-in dəstəyi ilə cənub regionu üzrə yaradılacaq Autizm Mərkəzində fəaliyyət göstərəcək. 

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info