Şəhid hərbçilərin orden və medalları onların ailə üzvlərinə təqdim olunub
Tarix: 13.05.2016 | Saat: 21:31:00 | E-mail | Çapa göndər


Mayın 13-də Şəmkirdəki Heydər Əliyev Mərkəzində ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş zabit və əsgərlərin ölümlərindən sonra Prezidentin Sərəncamı ilə təltif olunduqları orden və medallar onların ailə üzvlərinə təqdim edilib. Mərasimdə rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Müdafiə Nazirliyinin nümayəndəsi , polkovnik Abdulla Qurbani və başqaları çıxış edərək işğalçı Ermənistan ordusunun cəbhə xəttində atəşkəsi daim pozduğunu, Azərbaycan Ordusunun mövqelərinin və sərhədyanı kəndlərin atəşə məruz qaldığını qeyd ediblər. Bildirilib ki, aprelin 2-dən 5-dək təmas xəttində növbəti təxribatlar törədən düşmən layiqli cavabını alıb. Azərbaycan Ordusu bir sıra mühüm strateji yüksəklikləri azad edib.
Tədbirdə belə bir əminlik ifadə edilib ki, Prezident İlham Əliyevin apardığı qətiyyətli siyasət və ordumuzun artan qüdrəti nəticəsində işğal altındakı torpaqlarımız azad olacaq, Azərbaycanın dövlət bayrağı Xankəndidə, Şuşada dalğalanacaq.Məlumat verilib ki, aprelin əvvəllərində təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən şəhid olmuş polkovnik Yusifov Vüqar Nurəddin oğlu ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətinə görə” ordeni ilə təltif olunub. Həmçinin əsgər Əliyev Vüsal İlham oğlu, müddətdən artıq hərbi xidmətdə olan Əsgərov Təbriz Hamlet oğlu, Qasımov Nurlan Cəmil oğlu və Dəmirli Altun Fərman oğlu ölümlərindən sonra Azərbaycan Prezidenti adından müdafiə naziri Zakir Həsənov tərəfindən 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif ediliblər. Mərasimdə şəhid hərbçilərin layiq görüldüyü orden və medallar onların ailə üzvlərinə təqdim olunub.
Şəhid zabitin və əsgərlərin valideynləri ovladlarının göstərdiyi qəhrəmanlıqdan qürur duyduqlarını bildiriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
AXDG daha üç dənizçini beynəlxalq şirkətin gəmilərində təcrübəyə göndərir
20.09.2018
“Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir”
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info