Gəncədə “QHT Məktəbi” başladı
Tarix: 14.05.2016 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


Gənclər üçün Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən “QHT Məktəbi”nin Gəncə şəhərində təqdimatı və ilk təlimi öz işinə başlayıb.
Məhsəti Gəncəvi Mərkəzində baş tutan təqdimatı giriş sözü ilə Gənclər üçün Təhsil Mərkəzinin Gəncə Regional Ofsinin rəhbəri Aygün Həsənzadə açaraq, “QHT Məktəbi” haqqında iştirakçılara dolğun məlumat verdi. Bildirdi ki, 2002-ci ildən fəaliyyət göstərən “QHT Məktəbi”nin əsas məqsədi QHT fəlsəfəsini, konsepsiyasını və prinsiplərini təbliğ etməyi, QHT nümayəndələrinin bilik və bacarığını, eləcə də bu sektorla maraqlanan şəxslərin maarifləndirilməsinə və zəruri informasiyalarla təmin olunmasına kömək etməkdir.

Gəncə şəhər İcra Hakimiyyətinin məsul işçisi Samirə Həsənova “QHT Məktəbi”nin 2016-cı il il “Avropa Gənclər Paytaxtı” seçilmiş Gəncə şəhərində təşkil edilməsinin əhəmiyyətini qeyd edərək, təşkil ediləcək təlim proqramının şəhər gəncləri üçün faydalı olacağını vurğuladı.
Məhsəti Gəncəvi Mərkəzinin direktoru Zərifə Xasayeva, Gəncə Dövlət Universitetinin dosenti Ziyafət Bayramova və Fəal Qadınlar Birliyinin sədri Samirə Ələkəbərova da çıxış edərək, vətəndaş cəmiyyətinin inkişafında “QHT Məktəbi”nin rolu və əhəmiyyəti barədə təqdimat iştirakçıları ilə fikirlərini bölüşdülər. Bildirdilər ki, “QHT Məktəbi” yaşından asılı olmayaraq, hər bir insanın ictimai fəal subyektə çevrilməsinə şərait yaradır.
Təqdimata 170 nəfər öz müraciəti əsasında qatılsa da, “QHT Məktəbi”ndə iştirak etmək qaydalarına uyğun olaraq, 60 nəfər ilk təlim proqramında iştirak hüququ əldə edə bildi.
Daha sonra ilk təlim proqramı başladı.
Qeyd edək ki, 2 ay davam edəcək təlim proqramında iştirakçılara QHT fəlsəfəsi, QHT-lərin yaradılması, idarəedilməsi və strukturunun inkişafı, üzvlərin cəlb olunması yolları, QHT-lərdə ictimaiyyətlə əlaqələrin qurulması (PR), beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, layihə təkliflərinin hazırlanması, maliyyə axtarışı, layihələrin proqram və maliyyə idarəetməsi, monitorinq və qiymətləndirmə, QHT-lərdə kargüzarlıq işinin təşkili və s. mövzular tədris olunacaq.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq
19.09.2018
“Xətai” stansiyası sentyabrın 27-dən təmir işləri ilə əlaqədar bağlanır
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info