Dünyanın ən güclü cüdo ustaları Meksikaya toplaşır
Tarix: 14.05.2016 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


Beynəlxalq Cüdo Federasiyası yarış üçün 5 azərbaycanlı idmançıya dəvət göndərib
Mayın 27-29-da Meksikanın Qvadalaxara şəhərində keçiriləcək cüdo üzrə “Masters” turnirinin iştirakçıları açıqlanıb. Beynəlxalq Cüdo Federasiyası dünyanın ən güclülərinin qatılacağı yarış üçün 5 azərbaycanlı idmançıya dəvət göndərib. Reytinqə əsasən ilk “16-lıq”da yer alan Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) Olimpiya tsiklinin son turnirinə qatılmaq hüququ qazanıblar.
Turnirdə qalib 700, finalçı 420, 3-cü yerin sahibi 280 xal qazanacaq. Həmçinin, 5-ci, 7-ci yeri tutanlar və 1 qələbə qazananlar da reytinqdə mövqelərini yaxşılaşdıra biləcəklər. Qeyd edək ki, bu cüdoçularımız Olimpiadaya lisenziyanı da təmin ediblər. Lakin 60 kq çəki dərəcəsində seçimi baş məşqçi Peter Zayzenbaher açıqlayacaq. O, bu çəki ilə yanaşı, Rioda 100 kq çəki dərəcəsində Qasımov və ya dünya çempionumuz Elxan Məmmədovdan birinə üstünlük verəcək. Onu da qeyd edək ki, Qazaxıstanın Almatıda şəhərində cüdo üzrə Qran-pri yarışına start verilib. Olimpiya mərhələsində bu seriyadan sonuncu olan turnirin ilk günündə tatami üzərinə Azərbaycan millisinin 5 üzvü çıxıb. Lakin onlardan heç biri mükafatçılar sırasına düşə bilməyib.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı
18.09.2018
Azərbaycan üzgüçüsü dünya kubok yarışlarında qızıl medal qazanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info