“Qəbələdəki atıcılıq mərkəzi dünyada çox az sayda müasir komplekslərdən biridir”
Tarix: 14.05.2016 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


“Qəbələ mənim yaddaşımda unudulmaz anlarla qalacaq. Mən qızıl medalımı məhz bu beynəlxalq Qran-pri yarışlarında qazandım. Buna görə özümü xoşbəxt hiss edirəm. Rəqiblərim çox güclü idi, yarış çətin keçdi, lakin mən qalib oldum. Burada təşkilatçılıq çox yüksək səviyyədədir. Qəbələnin təbiəti çox xoşuma gəldi. Azərbaycana ilk dəfədir gəlirəm və burada hər şeyin gözəl olmasının şahidiyəm”.
Bu sözləri Qəbələ Stend və Ox Atıcılığı Kompleksində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən Olimpiya atıcılıq növləri üzrə III beynəlxalq Qran-pri yarışlarının qalibi, Rusiya idmançısı Nadejda Konovalova deyib. O, Qəbələdə bu yarışın yüksək səviyyədə təşkil olunması ilə yanaşı, insanların mehribanlığını da xüsusi vurğulayaraq deyib: “Buranın insanları çox qonaqpərvərdir. Üstəlik, Qəbələdə mənzərəli, görməli yerlər çoxdur. Qəbələ məni, həqiqətən, təəccübləndirdi. Çünki paytaxtdan uzaqda olan balaca bir şəhər müasirliyi ilə diqqətimi cəlb etdi. Müasir sosial obyektlər, otellər, istirahət mərkəzləri və idman obyektləri bu şəhərin gələcəkdə daha sürətlə inkişaf edəcəyini göstərir”. Nadejda Konovalova Azərbaycanda atıcılıq idman növü üzrə gələcəkdə daha böyük uğurların qazanılacağına əminliyini bildirərək qeyd edib: “Qəbələdə və Bakıda müasir atıcılıq mərkəzlərinin olması barədə məlumatım var. Qəbələdəki atıcılıq mərkəzi dünyada çox az sayda olan müasir komplekslərdən biridir. Qəbələ atıcılıq mərkəzi çox yüksək səviyyədə inşa edilib, burada idmançılar və qonaqlar üçün lazımi şərait yaradılıb, məşq yerləri və yarış poliqonu əladır. Burada yarış yüksək səviyyədə təşkil olunub. Əminəm ki, bu kompleksdə beynəlxalq yarışlar tez-tez təşkil ediləcək. Azərbaycan idmançıları şanslıdırlar ki, onların ölkəsində bu cür şərait yaradılıb. Azərbaycanda atıcılıq sahəsində çoxlu idmançılar yetişə bilər və onlar bu şəraitdən yaxşı bəhrələnərək gələcək yarışlarda yüksək nəticələr əldə edə bilərlər”.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı
13.11.2018
Şahmat üzrə dünya çempionu adı uğrunda üçüncü partiya da heç-heçə nəticələnib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info