Azərbaycan “Vikinq qatarı” layihəsinə qoşulub
Tarix: 14.05.2016 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


Bakıda mayın 12-13-də “Vikinq qatarı” layihəsi iştirakçı şirkətlərinin nümayəndələrinin müşavirəsi keçirilib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, tədbirin gündəliyinə “Vikinq” qatarının istismarı üzrə yekun işlər, “Vikinq” kombinə edilmiş qatar layihəsinin genişləndirilməsi və inkişaf perspektivləri, 2017-ci il üçün tarif şərtlərinin müzakirəsi, idxal-ixrac daşımaları və əlavə xidmətlər üçün tarif qiymətləri, “Vikinq” kombinə edilmiş qatarın təşkili texnologiyasının aktuallaşdırılması, Assosiasiyaya üzvlərin qəbulu üzrə Razılaşmanın aktuallaşdırılması, “Vikinq” kombinə edilmiş nəqliyyat qatarının hərəkəti üzrə keçiriləcək müşavirələrin reqlamentinin aktuallaşdırılması haqqında və digər məsələlər daxil edilib. İclasda “Azərbaycan Dəmir Yolları” QSC-nin, “Litva Dəmir Yolları” SC-nin, “Ukrayna Dəmir Yolları” İSC-nin, “Moldova Dəmir Yolları” Dövlət şirkətinin, “Bolqarıstan Dəmir Yolları-Yük daşımaları” Vahid MMC-nin, “Rumıniya Dəmir yolu Daşımaları birliyi - Marfa” SC-nin, “Gürcüstan Dəmir Yolları” SC-nin, “ADY Express” MMC və layihənin digər operator şirkətlərinin nümayəndələri iştirak ediblər. Tədbirdə “Vikinq qatarı”nın istismarının nəticələrı, layihənin operator şirkətlərinin və dəmir yolu administrasiyalarının fəaliyyətinin hesabatları dinlənilib. Tərəflər bu qatar vasitəsi ilə yükdaşımalar haqqında satatistik məlumatların mübadiləsini də aparıblar. Tədbir iştirakçıları yükdaşımaların artırılmasına dair fəaliyyət planı hazırlamaq haqqında razılığa da gəliblər. İclas iştirakçıları “Vikinq qatarı” layihəsinə qoşulmaq haqqında “Azərbaycan Dəmir Yolları” QSC-nin müraciətinə baxaraq razılığa gəliblər. “Azərbaycan Dəmir Yolları” QSC-nin “VIKING Train” layihəsinə qoşulmaq haqqında protokol imzalanıb. Yığıncaqda tariflər də müzakirə edilib və onun rəqabətə davamlı olduğu səviyyəsində saxlamaq qərara alınıb. Bundan başqa, kontreyler daşımalarının tətbiqini də nəzərdə tutan qərarlar qəbul olunub. Tədbir iştirakçıları, digər texniki məsələlərlə yanaşı, “Vikinq qatarı” layihəsinini inkişafını təmin etmək üçün koordinasiya qurumunun yaradılmasını müzakirə edərək bu haqda təkliflərin hazırlanmasını zəruri hesab ediblər.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Diaspor fəaliyyətində qadınların rolu güclənir
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib
20.11.2018
Pakistanlı tibb işçiləri ölkəmizdə təcrübə keçəcəklər
20.11.2018
Prezident İlham Əliyev: Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info