Qərb ölkələrində iqtisadi geriləmələrin gətirdiyi fəsadlar
Tarix: 14.05.2016 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


Almanların 45 faizi borcludur
Almaniyada ev təsərrüfatlarının 45 faizinin borcu var. Almaniya Mərkəzi Bankı (Bundesbank), "Məişət Maliyyə Tablosu" adlı bir araşdırmanın nəticələrini açıqlayıb. Araşdırmaya görə, Almaniyada sərvət bölünməsində ədalətsizlik var. Almaniyada ən zəngin ev təsərrüfatlarının10 faizi, ümumi sərvətin 59,8 faizinə nəzarət edir. Araşdırmada, insanların zənginlik tərkibi və borc vəziyyəti ilə bağlı məlumatlar da yer alıb. Məlum olub ki, bütün ev təsərrüfatlarının əlində olan qeyri-maliyyə aktivləri, maliyyə varlıqlarına nisbətən daha çox olub. Daşınmaz mülkiyyət və sərvət arasında güclü bir əlaqə müəyyən edilib. 2014-cü ildə alman ev təsərrüfatlarının 44 faizi yaşadıqları mülkü satın alıb. Almaniyada ev təsərrüfatının 45 faizinin borclu olduğu, 21 faizinin ən az bir mənzil krediti, 33 faizinin isə tələbə kredit borcu, istehlakçı kreditləri və kredit kartı borcu kimi təminatsız kredit borcları olduğu ortaya çıxıb. Bu məsələ ilə bağlı növbəti araşdırmanın 5 min ev təsərrüfatının iştirakı ilə 2017-ci ildə keçirilməsi planlaşdırılır.

80 min benzin oğurluğu faktı
Almaniyada sayı təxminən 15 min olan benzin stansiyasında benzin oğurluğu gündəlik həyatın bir parçası halına gəlib. Almaniyada benzin stansiyalarından benzin oğurluğu hadisələrində 7,8 faiz azalma yaşanmasına baxmayaraq, keçən il polis qeydləri nəticəsində üzə çıxan oğurluq hadisələrinin sayı 80 mini keçib.
“Welt am Sonntag" qəzetinin xəbərinə görə, federal daxili işlər naziri Tomas de Maiziere faktla bağlı dəqiq statistikanı ictimaiyyətə açıqlayacaq.
Qəzetə açıqlama verən Almaniya Benzin Stansiyası Administratorları Birliyinin (Bundesverbands Tankstellen und Gewerbliche Autowasche") sədri Karl-Heinz Saisçek isə polis qeydlərində əks olunan oğurluq sayının “aysberqin görünən hissəsi” olduğunu, gerçək oğurluq sayının isə bundan ən azı 3 dəfə çox olduğunu ifadə edib. Benzin Stansiyası Administratorları benzin oğurluqlarının getdikcə daha cürətli və peşəkar bir hal aldığını bildirir və oğruların, ümumiyyətlə, saxta nömrəli avtomobillərlə benzin aldıqdan sonra hesabı ödəmədən sürüb getdiklərini və bu məqamda başlarına bir şey gəlməyəcəyinə inamlı şəkildə təhlükəsizlik kameralarına gülərək poza verdiklərini ifadə edir.
Saxta nömrə ilə bağlı polisin oğruları izləmədiyindən şikayətlənən administratorlar, meydana gələn zərər ölçüsünün kiçikliyini bəhanə göstərən prokurorluq orqanlarının da istintaqı qısa müddət sonra sona çatdırdığından şikayət edirlər. Benzin oğurluğunun ən çox yaşandığı şəhər 5830 hadisəylə (16,8 faiz) Berlin olarkən, onu Frankfurt-Mayn, Hamburq və Köln şəhərləri təqib edir. Mütəxəssislər Almaniya səviyyəsində ümumi zərərin illik 30 milyon avro ətrafında olduğuna, zərərin yenə istehlakçının cibindən çıxdığına diqqət çəkirlər. Çünki administratorlar oğurluqdan meydana gələn zərəri itki kimi qeyd edir və bu, yenə istehlakçı qiymətlərində öz əksini tapır.

Amerikanın orta sinfi azalır
ABŞ-da aparılan bir araşdırma, şəhərlərdə yaşayan orta sinfin, aşağı düşən gəlirlər və gəlir bölünməsinin ədalətsizliyi səbəbi ilə yox olduğunu ortaya qoyub.
Vaşinqtondakı “Pew” Araşdırma Mərkəzinin araşdırmasına görə, ABŞ-da orta gəlir kateqoriyasına girənlərin nisbəti, 10 böyük şəhərdən 9-da aşağı düşüb.
Qurumun 2000-2014-cü illər arasında araşdırdığı 229 şəhərdən topladığı məlumatlara görə, orta sinfin ölkədə nisbətinin 55 faizdən 51 faizə endiyi qeyd edilir.
Orta sinif nisbətinin 53 şəhərdə 6 faizdən çox aşağı düşdüyünü bildirən araşdırmada, bu qiymətləndirmələrə yer verilib: "Amerika orta sinfindəki genişmiqyaslı eroziya, ev təsərrüfatları gəlirlərinin şəhərlərdə düşməsindən qaynaqlanır. Ölkə daxilində, 2014-cü ilin ortalama gəliri, 1999-cu ildəki orta gəlirdən 8 faiz daha aşağı idi. Bu, ölkə iqtisadiyyatının, 2007-2009-cu illər dövründə yaşanan maliyyə böhranının təsirlərindən hələ tam xilas olmadığını göstərir".
Bundan başqa, orta sinif faizinin aşağı düşməsinin ABŞ-da getdikcə artan gəlir ədalətsizliyinin əksi olduğunu vurğulayan araşdırmada, bu cür ədalətsizliyin daha diqqətə çarpan olduğu bölgələrdə orta sinfin daha sürətlə yox olduğu qeyd edilir.
Digər tərəfdən, yüksək gəlir sinfinə daxil olan amerikalıların 17 faizdən 20 faizə və aşağı gəlir qrupuna daxil olanların nisbətinin isə 28 faizdən 29 faizə yüksəldiyi göstərilir. Araşdırmada diqqəti çəkən bir başqa məqam isə odur ki, ölkədə yüksək gəlir sinfi ən çox Nyu-York, Massaçusets, Kaliforniya kimi ştatlarda, orta sinif Midvest bölgəsindəki Visconsin, İndiana, Utah və Ohio əyalətlərində, aşağı gəlir sinfi isə Texas və Nyu-Meksiko əyalətlərində yer alır.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info