AVCİYA-nın petisiyasına ABŞ-ın münasibəti necə olacaq?
Tarix: 16.05.2016 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) 06 aprel 2016-cı il tarixində Ağ Evin rəsmi saytında başladığı “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” petisiyaya imza toplama kampaniyası 30 gün ərzində davam edib və 06 may tarixdə başa çatıb. Bu müddət ərzində petisiyaya 330 mindən artıq insan imza atıb.
AVCİYA prezidenti Elxan Süleymanov deyib ki, qaydalara uyğun olaraq, Ağ Ev və ya Dövlət Departamenti 1 ay müddətində petisiyada edilmiş çağırışa münasibət bildirməlidir: “Odur ki, hazırda petisiya ilə bağlı Obama Administrasiyasının verəcəyi cavabı gözləyirik. ABŞ-a müraciət etməyimizin səbəbi sadədir. ABŞ dünyanın ən güclü dövlətidir, özünü dünyada demokratiyanın carçısı, beynəlxalq təhlükəsizliyin qarantı kimi təqdim edir. ABŞ BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir və ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidir.
Ağ Evin petisiyaya bildirəcəyi münasibət bu ölkənin supergüc mərkəzi kimi demokratiyanın inkişafının, beynəlxalq təhlükəsizliyin və beynəlxalq hüquq normalarının qorunub saxlanılmasının qarantı kimi nümayiş etdirəcəyi münasibətin nə dərəcədə obyektiv olacağına şahidlik edəcəyik. Petisiya Ağ Ev Administrasiyasının rəsmi internet resursundadır və bu sayta daxil olan nəinki Amerikadan, hətta bütün dünyadan çoxsaylı ziyarətçilər Azərbaycan xalqının bu çağırışları ilə tanış olur. AŞPA kimi böyük bir beynəlxalq qurumun da rəsmi sənədlə təsdiqlədiyi bu faktlar bütün dünyanın diqqətindədir və ABŞ-ın bu petisiyaya cavabı həm də onun dünyadakı imicinə təsir göstərə bilər. Çünki ABŞ-ın bu müraciətimizə cavabı həm də demokratiya carçısının mahiyyətini açacaqdır”.
Elxan Süleymanov bildirib ki, bu petisiyada iki mühüm məqam vurğulanır: “Azərbaycan torpaqlarının Ermənistan dövləti tərəfindən işğalı faktı və torpaqların işğaldan azad edilməsinə dəstək verilməsi çağırışı. Petisiyada istinad etdiyimiz AŞPA-nın 2085 saylı qətnaməsi bu vaxtadək torpaqlarımızın işğaldan azad edilməsini ləngidən mühüm bir amili sıradan çıxardı. Ermənistan dövləti rəsmən işğalçı kimi tanındı və bundan sonra qondarma “Dağlıq Qarabağ” danışıqlarda tərəf kimi təqdim oluna bilməz. Bu səbəbdən ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri olaraq bu petisiyaya veriləcək cavabında torpaqlarımızın işğaldan azad olunmasında nə dərəcədə maraq göstərdiyi açıq-aydın görünəcəkdir.
Sərsəng su anbarının hazırki durumunun böyük fəlakətlə nəticələnə biləcəyi və bu fəlakətin qarşısının alınmasına dəstək çağırışı. AŞPA-nın 2085 saylı qətnaməsinin qəbul edilməsindən sonra baş verə biləcək bu fəlakətə görə məsuliyyət Ermənistan dövlətinin üzərinə düşür, bu petisiyadan sonra isə ümidvarıq ki, ABŞ bu fəlakətin qarşısının alınması üçün öz konkret rəyini bildirəcəkdir. Bu çağırışımıza məhəl qoyulmayaraq, bu fəlakətin qarşısının alınmasına dəstək verilməyəcəyi halda, fəlakət nəticəsində baş verə biləcək humanitar böhrana görə bütün beynəlxalq aləm məsuliyyət daşıyacaqdır.
Nəzərə almalıyıq ki, ABŞ 47 Avropa ölkəsini özündə birləşdirən AŞPA-nın 45 üzv ölkəsinin (Rusiya sanksiyalarla bağlı səsvermədə iştirak etməyib, Ermənistan isə əksinə səs verib) səsverməsi nəticəsində qəbul edilmiş 2085(2016) saylı qətnaməyə münasibət bildirməklə həmçinin Avropa Şurasında qəbul edilmiş qərarlara münasibətini nümayiş etdirmiş olacaq.
Göründüyü kimi, ABŞ-ın petisiya ilə bağlı nümayiş etdirəcəyi münasibət çoxplanlı xarakter daşıyacaq. İnanmaq istərdik ki, ABŞ rəsmiləri qeyd edilən aspektləri nəzərə alacaq və bu çağırışa cavab xatirinə cavab verməyəcək. Biz reallığın nəzərə alınacağına və petisiyaya obyektiv və dolğun münasibət bildiriləcəyinə ümid edirik”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info