Azərbaycan investorları Dağıstanda ticarət-logistik mərkəz tikəcəklər
Tarix: 16.05.2016 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov “Instagram” səhifəsində Bakıya səfərinin yekunlarına dair informasiya yerləşdirib. Dağıstan Respublikasının başçısı Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, respublikanın işgüzar dairələrinin nümayəndələri ilə görüşlərini xatırlayaraq bildirib ki, Dağıstanda birgə müəssisələrin yaradılması və sərmayələrin cəlb olunması üçün çoxlu imkanlar var.Respublikanın başçısı yazır: “Azərbaycan investorlarının cəlb edilməsi ilə respublikada həyata keçirilən layihələrdən biri Mahaçqala və Kaspiysk şəhərləri arasında 30 hektar ərazidə ticarət-logistik mərkəzin yaradılması, habelə illik istehsal həcmi 1,8 milyon ton olan “Dağıstan sement kombinatı” MMC-nin – sement zavodunun inşasıdır.Onun sözlərinə görə, Dağıstanı maraqlandıran əsas sektorlar aqrar-sənaye kompleksi və logistik mərkəzlərin tikintisidir.Ramazan Abdulatipov perspektivdə hidroenergetika və əlbəttə ki, turizm sahəsində layihələrin olacağını vurğulayaraq yazır ki, hazırda Azərbaycanda turistlər üçün ən yaxşı şərait yaradılıb və bu təcrübədən biz özümüzdə istifadə etmək istəyirik!Dağıstan Respublikasının başçısı yazır: “Dağıstanın Xəzər sahillərində keyfiyyətli turizm infrastrukturunun yaradılmasına ehtiyac var. Bununla əlaqədar Azərbaycan investorlarına turizm-rekreasiya və müalicə-bərpa kompleksləri, mehmanxana və motellər tikmək təklif edilib. Bu gün artıq işlənib hazırlanmış layihələr və hazır investisiya meydançaları var”.Ramazan Abdulatipov Azərbaycan və Dağıstan Respublikası üzrə, məsələn, MDB ölkələri və Çinin beynəlxalq “Böyük İpək Yolu” layihəsinin həyata keçirilməsi çərçivəsində birgə birbaşa turizm marşrutlarının yaradılmasını əməkdaşlıq alətlərindən biri hesab edir.Xatırladaq ki, görüşün sonunda Dağıstanın Sahibkarlıq və İnvestisiya Agentliyi və Azərbaycanın “Caspian İnvest Group” şirkəti arasında saziş imzalanıb.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yanvar-avqust aylarında sərnişin daşınmasında 1,3 faiz artım olub
24.09.2018
Dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi artıb
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info