Hazır metal məmulatlarının və elektrik avadanlıqlarının istehsalı üzrə ucuzlaşma qeydə alınıb
Tarix: 16.05.2016 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


Bu ilin yanvar-aprel aylarında 2015-ci ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 8,0 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 7,4 faiz, emal sənayesi üzrə 8,6 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 7,5 faiz bahalaşıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə dəyişiklik baş verməyib.Dövlət Statistika Komitəsindən bildirilib ki, 2016-cı ilin aprel ayında mart ayına nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 2,4 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 2,7 faiz, emal sənayesi üzrə 1,6 faiz bahalaşıb, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələri üzrə isə dəyişiklik baş verməyib.Mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 2,7 faiz, metal filizlərinin hasilatı üzrə 3,1 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,4 faiz bahalaşıb.
Ay ərzində emal sənayesində istehsalçı qiymətləri metallurgiya sənayesi üzrə 21,0 faiz, poliqrafiya fəaliyyəti üzrə 13,4 faiz, geyim istehsalı üzrə 5,3 faiz, kimya sənayesi üzrə 4,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 3,6 faiz, tütün məmulatlarının istehsalı və toxuculuq sənayesi üzrə 2,7 faiz, dəri, dəridən məmulatların, ayaqqabıların istehsalı üzrə 0,5 faiz, mebel istehsalı üzrə 0,4 faiz, əczaçılıq məhsullarının istehsalı üzrə 0,2 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,1 faiz bahalaşıb, içki istehsalı üzrə 2,2 faiz, kağız və kartonun, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının və elektrik avadanlıqlarının istehsalı üzrə 0,3 faiz, kompyuter və digər elektrik avadanlıqların istehsalı, habelə maşın və avadanlıqların istehsalı üzrə 0,1 faiz ucuzlaşma qeydə alınıb.Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info